NƏHMƏDULLA
NƏHMƏTULLA
OBASTAN VİKİ
Ceyhun Nəhmətov
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Telman Nəhmətov
Vüsal Nəhmətov
Vüsal Üzeyir oğlu Nəhmətov (2 oktyabr 1987; Alaşa, Astara rayonu, Azərbaycan SSR – 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Vüsal Nəhmətov 1987-ci il oktyabrın 2-də Astara rayonunun Alaşa kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Nəhmətov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səftər Nəhmətli
Səftər Nəhmətli — Azərbaycan kimyaçısı, kimya üzrə fəlsəfə doktoru, təhsil eksperti, 20 Yanvar İstintaq Komissiyasının İşçi Qrupunun rəhbəri. Səftər Nəhmətli 1956-cı ildə Azərbaycanın Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. O, Göyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Kimya sahəsində elmi araşdırmalar aparan Nəhmətli 1990-cı ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, "Meydan" hərəkatında iştirak etmişdir. Nəhmətli Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin 20 Yanvar hadisələrini araşdıran deputat istintaq komissiyasının işçi qrupunun rəhbəri olmuşdur. O, Kasıblara və Əlillərə Hüquqi Yardım Komitəsinin rəhbəri olmuşdur və Bizim Azərbaycan Blokunun təsisçiləri arasındadır. Nəhmətli 1992–1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində idarə rəisi kimi çalışmış, Nazirliyin Kollegiya üzvü olmuşdur. O, daimi formada Azərbaycan Təhsil Nazirliyini tənqid etmişdir. 1999-cu ildə Müsavat Partiyasına üzv olmuşdur.

Digər lüğətlərdə