NAZİR

is. [ ər. ]
1. Nazirliyə (1-ci mənada) başçılıq edən hökumət üzvü. Maliyyə naziri. Maarif naziri.
– Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn.
Bakıdan nazir kəndə gələndə birbaş maşını sürür tarlaya, kolxozçularla görüşür. Ə.Sadıq.

2. Nəzarət edən, baxan, idarə edən; inspektor (2-ci mənada).
…Günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir… C.Məmmədquluzadə.
Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə … elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı. T.Ş.Simurq.

◊ Hazıra (hazırına) nazir – bax hazır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAZİR 1. NAZİR (hökumət üzvü) [Qoca neft sahibkarı:] Cənab nazir, yaxşı olardı ki, general həzrətlərinə bu barədə heç olmasa bir balaca işarə vuraydınız (Ə

Etimologiya

  • NAZİR Ərəbcə nəzər, nəzarət sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NAZİM
NAZİRLİK
OBASTAN VİKİ
Həsən Seyidov (nazir)
Həsən Əli oğlu Seyidov (25 sentyabr 1910, İrəvan – 8 iyun 1999, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi. 1946–1950-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş, 1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Bakı Vilayət ZDS İcraiyyə Komitəsinin sədri, Dövlət Plan Komissiyasının sədri, kənd təsərrüfatı naziri və SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən həyatı və elmi fəaliyyəti === Həsən Əli oğlu Seyidov 1910-cu ildə İrəvan şəhərində tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə isə doğum tarixi 1908-ci il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində isə səhvən 1906-cı il olaraq qeyd edilmişdir. Əslən Qəmərlinin Seyidzadələr nəslindəndir. Həsən Seyidov 1918-ci ildə İrəvanın Körpübulaq məhəlləsindəki məktəbin birinci sinfinə getmiş, ermənilərin azərbaycanlılara qarşı qırğın törətdiyi dövrlərdə yaranmış vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə İğdıra, Kağızmana, sonra isə Qarsa gəlmişdir. Atası Qarsda sətəlcəm xəstəliyinə tutularaq orada vəfat etmişdir. Bundan sonra Həsən Seyidov əmisinin himayəsi ilə əvvəlcə Tiflisə sonra isə Gəncəyə gəlmişdir. 1921-ci ildə yenidən Tiflisə qayıdaraq buradakı beşillik Əncümən məktəbində təhsilini davam etdirmişdir.
Mahmud Əliyev (nazir)
Mahmud İsmayıl oğlu Əliyev (22 fevral 1908, Şamaxı – 24 sentyabr 1958, Bakı) — Azərbaycan-sovet həkimi və dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953), Azərbaycan Tibb İnstitutunun (1938–1943) və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (1953–1958) direktoru işləmişdir. == Həyatı == Mahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. 1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır. 1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir (hökumət)
Nazir — hökumət üzvü, nazirlik rəhbəri. Nazirlər dövlət xadimi hesab edilir. == Statusları == Bir sıra ölkələrdə nazirlər xüsusi kateqoriyalara bölünürlər. Məsələn, Böyük Britaniyada: Sahə nazirliklərinə rəhbərlik edən nazirlər; Xüsusi tapşırıqlar yerinə yetirən nazirlər (portfelsiz nazirlər); Nazir müavinləri hesab edilən dövlət nazirləri; Nazirliklərin parlamentlə əlaqələrinə cavabdeh olan kiçik nazirlər.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Nazir Allahverdiyev
Nazir Kərimov
Nazir Qibləli oğlu Kərimov (21 dekabr 1928, Yusiflər, Zəngilan rayonu – 7 iyun 2011, Bakı) — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur. 1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur. 1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. 7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.
Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu. 2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.
Nazir Xurşudov
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş "Kameral təsvir" sənədlərinin Azərbaycanda nəşri Nazir Əhmədlinin adı ilə bağlıdır. == Həyatı == Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. === Ailəsi === Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. == Təhsili == 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979–1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. == Həyatı == Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nazir Əliyev
Nazir Kərim oğlu Əliyev (29 mart 1946, Port-İliç, Lənkəran rayonu – 28 avqust 1997, Dubay) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == N.Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Port-İliç şəhərində dünyaya gəlmişdir. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə professor Rza Təhmasibin kursuna daxil olur. 1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunur. Bu teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilirdi. N.Əliyev Qulaməli rolunu ifa etmişdir.Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib. A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynayıb. 1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunur.Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynamışdır. O cümlədən rejisyor N.Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S.Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B.Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H.Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə.Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M.Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynamışdır.
Nazir Əsədov
Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı. == Həyatı == 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. == Əmək fəaliyyəti == 1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü. === Elmi dərəcə və elmi adları === 1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. "Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur. === Tədqiqat sahəsi === Dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir == Seçilmiş əsərləri == Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri.
Nazir Rəhimov
Nazir Rəhimov (6 avqust 1951, Bakı) — boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi. == Həyatı == Nazir Rəhimov 6 avqust 1951-ci ildə Bakı şəhərində anadan olub. Yasamal (keçmiş Oktyabr rayonu) rayonu, 199 nömrəli tam orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar 8–10-cu sinifləri Binəqədi (keçmiş Kirov) rayonu, Biləcəri qəsəbəsində yerləşən 297 (keçmiş 2 nömrəli) nömrəli tam orta məktəbdə davam etdirib. 1969-cu ildə orta məktəbi bitirib.1970–72-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 1977-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini əla qiymətlərlə bitirib. === Ailəsi === Ailəlidir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 14 fevral 1964-cü ildən akrobatika və boks idman növləri ilə məşğul olub. Hər iki idman növündə respublika və şəhər birinciliklərinin qalibi və mükafatçısı olub. 1973-cü ildə Qırğızıstanın Frunze şəhərində keçirilən "Spartak" İdman Cəmiyyətinin Mərkəzi Şurasının çempionatında 3 görüşdə qalib gəlib yarımfinala çıxmış və bürünc medal qazanaraq SSRİ idman ustası normasını yerinə yetirib.
Nazir Larbavi
Nazir Larbavi (26 sentyabr 1949, Tebessa[d], Konstantin departamenti[d], Fransa) — Əlcəzair siyasətçisi, vəkili və diplomatı. 2023-cü ilin noyabrından Əlcəzairin Baş naziri kimi xidmət edir.
Rezident nazir
Rezident nazir — müəyyən bir ölkədə daimi olaraq yerləşən diplomatik nümayəndə. Bu şəxs həmin ölkədə diplomatik fəaliyyət göstərir və ölkəsinin maraqlarını təmsil edir. Rezident nazir daimi olaraq təmsil etdiyi ölkənin səfirliyində və ya diplomatik missiyasında fəaliyyət göstərir. == Vəzifə və öhdəlikləri == Rezident nazirin vəzifə və öhdəlikləri geniş şəkildə ölkəsinin maraqlarını qorumaq və qarşılıqlı əlaqələri inkişaf etdirmək üzərində cəmlənir. Diplomatik nümayəndə təmsil etdiyi ölkənin dövlət başçısı, hökuməti və xarici siyasətinə dair məsələləri qarşı tərəflə müzakirə edir. O, ev sahibi ölkə ilə ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə çalışır. Beynəlxalq müqavilələr, sazişlər və iqtisadi əməkdaşlıq kimi mühüm məsələləri müzakirə edir və bu proseslərdə ölkəsinin maraqlarını müdafiə edir. Rezident nazir ev sahibi ölkənin daxili və xarici siyasəti, iqtisadi vəziyyəti və ictimai prosesləri barədə təmsil etdiyi ölkəyə mütəmadi olaraq hesabatlar təqdim edir. Təmsil etdiyi ölkəyə strateji qərarlar qəbul etmək üçün vacib olan məlumatları toplayır. İki ölkə arasında müqavilələrin, sazişlərin, və rəsmi sənədlərin hazırlanmasına nəzarət edir və təmsil etdiyi ölkə adından razılaşmalar imzalayır.
Baş nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Mirzə Məmmədov (nazir)
Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası – 5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959). == Həyatı == Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur. 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib.
Müslüm Məmmədov (nazir)
Müslüm Rəcəb oğlu Məmmədov (1931, Lahıc – 1999, Bakı) — Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi, Azərbaycan SSR xalq təhsili naziri (1988–1989). == Həyatı == Müslüm Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda partiya tarixi kafedrasında baş müəllim, dosent, kafedra müdiri əvəzi (1976–1988) işləyib. "Qırmızı Əmək Bayrağı" ordeni və medalla təltif olunub.
Məmməd Ələkbərov (nazir)
Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) (10 mart 1899, Lənkəran, Lənkəran qəzası – 7 fevral 1959, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və pedaqoqu, Azərbaycanın ilk mədəniyyət naziri (1953–1955), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1953), Azərbaycan SSR maarif naziri (1947–1952). == Həyatı == Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşamış, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin təhsilini başa vura bilməmişdir. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (hazırkı Cəlilabad) 1-ci dərəcəli məktəbə müəllim göndərilmişdir. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlamışdır. Məmməd Ələkbərov 1923–1926-cı illərdə Bakıdakı Pedaqoji İnstitutda oxumuş, ali təhsilli mütəxəssis kimi Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik etmişdir. Quba qəza Xalq Maarif şöbəsinin müdiri işləmişdir. Məmməd Ələkbərov 1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı aparatına işə qəbul olunmuş, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunda elmi işçisi olmuş, eyni zamanda 1939-cu ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsinə işləmiş, 1941-ci ildə isə tamamilə bu vəzifəyə keçmişdir.
Məmmədəli Abbasov (nazir)
Məmmədəli Məmməd oğlu Abbasov (7 yanvar 1907, Vladiqafqaz – 22 noyabr 2000, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969). == Həyatı == Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır. Məmmədəli Abbasov 1930–1931-ci illərdə Bakı və Kirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir. O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır. 1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir. 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur.
Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru. == Həyatı == 1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N. Məmmədli 1916–1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918–1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920–1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N. Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N. C. Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N. Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir.
Nailə Bağırova (nazir)
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. == Həyatı == Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır. Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.
Nazir-i büyutat
Nazir-i büyutat- "Təzkirət əl-mülükə" görə, büyutat (ərəbcə beyt – ev, bina, təsərrüfat sözünün cəm halı) hər birinin başında sahib-i cəm olan 33 karxanadan (emalatxana) ibarətdi. Büyutatlardan bir çoxu: mətbəx, qab-qacaq yuyulması üçün bina, müxtəlif anbarlar, kitabxana, tövlə vəs. sadəcə olaraq ev təsərrüfatı və məişət ləvazimatı idi. Bununla yanaşı əsl dövlət manufakturası tipli büyutatlar (məsələn, toxuma emalatxanası (şərbafxana), dərzi sexləri (qayçaçıxana), sikkəxana (zərrabxana), cəbbəxana, habelə zərgər, dəmirçi, rəssamlıq emalatxanaları və s.) var idi. Büyutat şah və onun ailəsinin, həmçinin çoxsaylı saray əyanlarının yeməyə, paltara, bəzək əşyalarına və s. olan tələbatının ödənilməsinə xidmət edirdi. İskəndər bəy Münşi I Şah Təhmasibin dövründə nazir-i büyutat vəzifəsini tutmuş şəxslər haqqında bəzi məlumatlar verir. Bunlar aşağıdakılar idi: Qazi İmad, dövlət pulunu mənimsəməkdə təqsirləndirilərək vəzifədən azad edilmişdi. Ağa Cəmaləddin Kirmani, sonralar "bəzi nalayiq işlər" ucbatından Ələmut qalasına salınmışdı; Mirzə Salman həmin sahədə bir neçə il yanında işlədiyi Azərbaycanın cənub hissəsi vəzirinin köməyi ilə "büyutatların əksəriyyətinin" naziri olmuş, sonra şahın yanına nazir kimi qulluğa girmiş və şah vəfat edənədək orada işləmişdir (II Şah İsmayıl və Məhəmmədin dövründə isə "etimad əd-dövlə"adı ilə vəzir olmuşdur); Xacə Əbülqasim, Fərəhan vilayəti əyanlarından idi, əvvəlcə yüksək divan möhürünün mühafizəçi vəziri (vəzir-i möhrdar-i divan-i əla)olmuş, sonra isə şahın bəzi büyuttlarının naziri (nəzarət-i bəzi əz büyutat-i sərkar-i xassey-i şərifə) vəzifəsinə irəli çəkilmişdi. II İsmayılın dövründə də həmin vəzifədə idi88.
Gürcüstanın baş naziri
Gürcüstan baş nazirlərinin siyahısı — 26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının Baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək Baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk Baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi. Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı. Sovet qoşunlarının Gürcüstan ərazisinə soxulduqdan sonra Baş nazir postu ləğv olundu, lakin onun əvəzinə Xalq Komissarları Sovetinin sədri (gürc. სახალხო კომისართა საბჭოს თავმჯდომარე), daha sonra isə Nazirlər Şurasının sədri (gürc. მინისტრთა კაბინეტის თავმჯდომარე) vəzifələri yaradılmışdı. Müasir anlayışda Baş nazir postu 1991-ci ilin avqustunda bərpa edildi, lakin 1995-ci ilin dekabrında ləğv olundu.
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Kanada Xarici İşlər Nazirliyi
Kanada Xarici İşlər Nazirliyi (fr. Affaires mondiales Canada) — xarici siyasətindən, həmçinin idxal-ixrac və beynəlxalq ticarət siyasətindən cavabdehdir. 1909-cu il 1 iyunda nazirlik Xarici İşlər Nazirliyi olaraq yaradıldı, sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adını aldı. Həmin dövrdə Kanadanın xarici siyasəti Böyük Britaniya tərəfindən idarə olunurdu. Nazirliyin adı Kanadanın xarici siyasətinə nəzarət etməsindən 60 il sonra yalnız 1993-cü ildə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirildi.
Kiçik Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əski. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Kolumbiya Xarici İşlər Nazirliyi
Kolumbiya Xarici İşlər Nazirliyi (isp. Ministerio de Relaciones Exteriores) — Kolumbiyanın beynəlxalq əlaqələrindən məsul olan, Kolumbiya icra hakimiyyəti orqanıdır. Xarici diplomatik nümayəndəliklər vasitəsilə xaricdə dövlətini təmsil etdiyi məsələlər ilə bağlı xarici siyasətin formalaşdırılmasına nəzarət edir.
Kosovo Xarici İşlər Nazirliyi
Kosovo Xarici İşlər Nazirliyi — dövlətin xarici əlaqələrindən məsul, qismən tanınmış Kosovo Respublikasının dövlət icra hakimiyyəti orqanı.
Kənd Təsərrüfatı Nazirliyi (ABŞ)
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (ing. United States Department of Agriculture, qısaca - USDA) — ABŞ hökumətinin icraedici departamenti. Əsası 1889-cu ildə qoyulub. Büdcəsi 94 milyard dollar (2006), əməkdaşlarının sayı 106 min nəfərdir (2007).
Kənd Təsərrüfatı Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. == Əsas vəzifələri == Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək; kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Kənd Təsərrüfatı Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi — Qazaxıstan Respublikası hökuməti daxilində nazirlik. Nazirliyin fəaliyyəti Qazaxıstan Respublikası Hökumətinin 6 aprel 2005-ci il tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" ilə tənzimlənir. Nazirlik, tənzimlənən sahədə, yəni kənd təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq və su təsərrüfatı sahələrində dövlət aqrar və regional siyasətlərinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi kimi əsas kənd təsərrüfat formaları ilə məşğul olur. Flora və faunanın, xüsusi qorunan təbiət ərazilərinin idarə edilməsi, çoxalması və istifadəsinin qorunması və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilikdə məcburi sığortaya dövlət dəstəyi, bitkilərin qorunması və sığınacağı, baytarlıq, qida sənaye istehsalı. Rəqabətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması, qida təhlükəsizliyi və səfərbərlik hazırlığının təməllərinin formalaşdırılması. Meşə, ovçuluq, balıqçılıq və su təsərrüfatı istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi, xüsusi qorunan təbiət əraziləri və kəndlərin inkişafı məsələləri, aqrosənaye kompleksinə məlumat və məsləhət dəstəyi. == Əsas vəzifələri == 1) tənzimlənən sferada dövlətin aqrar və regional siyasətinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi, yəni aqrosənaye kompleksi, kənd təsərrüfatı, balıq və su idarəsi, bitki və heyvanat aləminin, xüsusi qorunan təbiət ərazilərinin çoxaldılması və istifadəsi və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilik, bitki mühafizəsi və karantinində məcburi sığortaya dövlət dəstəyi, baytarlıq, emal sənayesi içkilər (alkoqollu içkilər və etil spirti xaric), dəri (aşılama və bitirmə), pambıq lifi və yun emalı, kənd təsərrüfatı maşınları (genişmiqyaslı istisna olmaqla), aqrar-sənaye kompleksinin texniki təchizatı, heyvandarlıq, torpaq daxil olmaqla qida istehsalı meliorasiya, suvarma və drenaj, əkinçilik elmi; 2) Qazaxıstan Respublikasının qida təhlükəsizliyini və səfərbərlik hazırlığını təmin edən rəqabət qabiliyyətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması üçün əsasların yaradılması; 3) meşə təsərrüfatı, ovçuluq, balıqçılıq və su təsərrüfatı, xüsusi mühafizə olunan təbiət əraziləri və kənd ərazilərinin inkişafı məsələləri istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi; 4) aqrosənaye kompleksinin məlumat və məsləhət dəstəyi.
Latviya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi — digər ölkələrlə əlaqələri idarə etməkdən məsuldur. Xarici İşlər Nazirliyinin binası Monroviya şəhərində yerləşir.. Liberiyanın Xarici İşlər Nazirliyi ölkə 1847-ci ildə müstəqil elan edildikdən sonra, 1848-ci ildə hökumətin kabinet səviyyəsində bir şöbəsi yaradılıb. Əvvəlcə "Dövlət Departamenti" adlanan nazirlik 1972-ci ilə qədər onun adını daşıdı. 1848-1981-ci illərdə hər bir xarici işlər naziri (əvvəlki "dövlət katibi") nazirliyi Liberiyanın ən sıx əhalisi olan Montserrado əyalətinə köçürdü.
Litva Xarici İşlər Nazirliyi
Litva Xarici İşlər Nazirliyi (lit. Lietuvos Respublikos užsienio reikalų ministerija) — Litva Respublikasının xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə həyata keçirən hökumət orqanı. == Nazirlər == Xarici İşlər Naziri - Litvanın xarici siyasətinin formalaşmasında iştirak edən və Litvanın və vətəndaşlarının maraqlarını təmsil edən, hüquqlarını müdafiə edən Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindədir. === Litva Xarici İşlər Nazirlərinin siyahısı (1918-1940) === 1918-ci il 4 noyabr Litva Xarici İşlər Nazirliyi müstəqilliyini bərpa etdikdən qısa müddət sonra açıldı.
Livan Baş Naziri
Livanın Baş naziri — Livan Ərəb Respublikasının baş naziri. Vəzifəni Həsən Diyab icra edir.
Macarıstan baş nazirlərinin siyahısı
== 1848-ci ildən günümüzə qədər == === 1848-ci il Macar inqilabı (1848-1849) === Partiyalar Müxalifət Partiyası === Macarıstan Krallığı (Avstriya-Macarıstan İmperiyası) (1867-1918) === Partiyalar Deak Partiyası/Liberal Partiya/Milli Fəhlə Partiyası Milli Konstutsiya Partiyası F48P-İstiqlal və 48 Partiyası Müstəqil === Birinci Macarıstan Respublikası (1918-1919) === Partiyalar F48P-Karoyi (48 və İstiqlal Partiyası) Xalq Radikal Partiyası (PRP) === Macarıstan Sovet Respublikası === Partiyalar Macarıstan Kommunist Partiyası- MSZP/SZKMMP Macarıstan Sosial Demokrat Partiyası-MSZDP ==== Əks-inqilabçı hökumətlər (1919) ==== Partiyalar Müstəqil === Macarıstan Respublikası (1919-1920) === Partiler Xristian Milli Birlik Partiyası (ing. Christian National Union Party, mac. Keresztény Nemzeti Egyesülés Pártja KNEP ) Müstəqil === Macarıstan Krallığı (1920-1946) === Partiyalar KNEP Birlik Partiyası (EP, mac.
Malayziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malaziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Milli Təhlükəsizlik Nazirliyi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. == Milli təhlükəsizlik nazirləri == İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) === Vəzifəni icra edənlər === Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. == Milli təhlükəsizlik nazirləri == İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) === Vəzifəni icra edənlər === Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Milli İqtisadiyyat Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirliyi — strateji planlaşdırma, vergi və büdcə siyasəti ilə yanaşı, gömrük, dövlət və dövlət zəmanəti ilə borc və borc, dövlət-özəl tərəfdaşlıq, dövlət investisiya layihələri, qorunması sahəsində siyasətdən məsul Qazaxıstan Respublikasının mərkəzi icra orqanı inhisarçılıq fəaliyyətinin, təbii inhisarların və tənzimlənən bazarların, beynəlxalq iqtisadi və maliyyə münasibətlərinin rəqabəti və məhdudlaşdırılması. Nazirlik beynəlxalq iqtisadi inteqrasiyanın tənzimlənməsi, xarici ticarət fəaliyyətinin tənzimlənməsi və inkişafı, ticarət fəaliyyətinin tənzimlənməsi, dövlət aktivlərinin idarə edilməsi, o cümlədən korporativ idarəetmənin keyfiyyətinin yüksəldilməsi, dövlət idarəetmə sisteminin inkişafı, dövlətin inkişafı dövlət xidmətlərinin göstərilməsində siyasət, səfərbərlik təlimi və səfərbərlik, əhalinin miqrasiyası, dövlət maddi ehtiyatı. 16 yanvar 2013-cü il tarixində Qazaxıstan Respublikası Prezidentinin "Dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən İqtisadi İnkişaf və Ticarət Nazirliyi Qazaxıstan Respublikası İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi olaraq yenidən təşkil edildi. Qazaxıstan Respublikası ". 6 avqust 2014-cü ildə yenidənqurma zamanı Milli İqtisadiyyat Nazirliyi Qazaxıstanın İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyini və Qazaxıstanın Regional İnkişaf Nazirliyini əvəz etdi, tərkibinə yenidən təşkil olunmuş qurumların funksiyaları da daxildir: statistika, təbii inhisarların tənzimlənməsi , rəqabətin qorunması, istehlakçı hüquqlarının qorunması. == Tarixi == Qazaxıstan Respublikası İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi, 2002-ci ildə Qazaxıstan Respublikası Prezidentinin 28 avqust 2002-ci il tarixli "Cümhuriyyətin dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" N 931 Fərmanına uyğun olaraq qurulmuşdur. Qazaxıstan "Qazaxıstan Respublikası İqtisadiyyat və Ticarət Nazirliyindən iqtisadi planlaşdırma və büdcə planlaşdırma funksiyalarını birləşdirərək — Qazaxıstan Respublikası Maliyyə Nazirliyindən. Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyi, Qazaxıstan Respublikası Prezidentinin "Qazaxıstan Respublikası dövlət idarəetmə sisteminin islahatı haqqında" 6 avqust 2014-cü il tarixli 875 saylı Fərmanına uyğun olaraq qurulmuşdur. funksiyaların və səlahiyyətlərin ötürülməsi: Büdcə planlaşdırması sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə Planlaşdırma Nazirliyi; Qazaxıstan Respublikası Regional İnkişaf Nazirliyi; dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində — Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyindən; Qazaxıstan Respublikasının Statistika Agentliyi; Qazaxıstan Respublikası Təbii İnhisarların Tənzimlənməsi Agentliyi; Qazaxıstan Respublikasının Rəqabəti Qoruma Agentliyi (Antiinhisar Agentliyi); Qazaxıstan Respublikasının İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyi.
Monqolustan Xarici İşlər Nazirliyi
Monqolustan Xarici İşlər Nazirliyi (monq. Монгол улсын Гадаад харилцааны яам) — Monqolustanın mərkəzi icra hakimiyyəti orqanı, Moqolustanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəetməsini həyata keçirir. 2011-ci ildə - müasir tarixdə Monqolustan Xarici İşlər Nazirliyi 100 illiyini qeyd etdi. 1961-ci ildə Monqolustan BMT, ÜTT, BVF və ATƏT kimi təşkilatların üzvü olmuşdur. 1962-ci ildə YUNESKO-nun üzvülüyünə daxil olur. Monqolustan dünyanın 181 ölkəsi və Avropa İttifaqı ilə siyasi əlaqələri var . 1921-ci ilin noyabrında Rusiya ilə, 1949-cu ildə isə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər quruldu. Monqolustanın xaricdə 35 diplomatik nümayəndəliyi var.
Monteneqro Xarici İşlər Nazirliyi
Monteneqro Xarici İşlər Nazirliyi (Ministarstvo inostranih poslova Crne Gore) — digər ölkələrlə xarici əlaqələrdən məsuldur.

Digər lüğətlərdə