NON-PARTY

adj bitərəf, partiyasız, partiyada olmayan

NON-OFFICIAL
NON-PAYMENT
OBASTAN VİKİ
Party Favor
"Party Favor" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Darkroom və Interscope Recods tərəfindən mini-albomun yeddinci və sonuncu sinqlı kimi buraxılıb. Record Store Day üçün 7 düymlük vinil formatında buraxılıb, b tərəfi kimi Dreykin "Hotline Bling" mahnısına olan kover ifası yer alıb.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Party for everybody
Party for everybody-2012 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən mahnı. Bu mahnı 259 bal toplayaraq 2- ci oldu. Mahnınını Buranovskiye Babuşki qrupu oxuyurdu.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. = Albomun hazırlanması və yayımlanması = 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Non siamo soli
Non Siamo Soli — 2007-ci ildə Eros Ramazotti və Riki Martin tərəfindən italyan dilində ifa olunan mahnıdır. Puerto-Rikolu Riki Martin ispan əsilli olmasına baxmayaraq, bu mahnını italyan dilində ifa edib. Bu mahnının klipi 2007-ci ilin noyabrında işıq üzü görmüş və ABŞ -da çəkilmişdir. Sözləri italyan musiqiçisi Kabbalaya və Roma bəstəkarı Giudettiyə məxsusdur .
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. == Roma Statutu və ad hoc BMT tribunalları == Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
The Uplift Mofo Party Plan
The Uplift Mofo Party Plan — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 29 sentyabr 1987 tarixində yayımlanan albom, EMI/Capitol Records etiketi ilə satışa buraxılmışdır.
When the Party's Over
"When the Party's Over" — amerikalı müğənni Billi Aylişin ilk albomu "When We All Fall Asleep, Where Do We Go?"dan ilk sinql. 17 oktyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.