ODELXAN
ODİLBƏY
OBASTAN VİKİ
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Vaqif Bayatlı Odər
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.