OLUB-KEÇƏN

is. Olmuş əhvalat, keçmiş məsələ, vaqiə, iş, hadisə. Olub-keçənləri yada salmaq.
– …Qadirlə əmisi … olub-keçəni daha yaxşı başa düşürlərmiş kimi, gözlərini birbirindən çəkmirdilər. Ə.Əbülhəsən.
O vaxt olub-keçəni gətirib bir-bir yada; Mən söhbət açacağam əsgərlikdən, davadan. Ə.Cəmil.

OLSUN
OLUB-KEÇMİŞ
OBASTAN VİKİ
Keçən gecə Sohoda
Keçən gecə sohoda (ing. Last Night in Soho) — britaniyalı rejissor Edqar Raytın 2021-ci ildə ekranlara çıxan psixoloji triller janrındakı filmi. == Süjet == 1960-cı illərin modasına heyran olan Eloiz, bu dövrə səyahət etmə bacarığı olduğunu öyrənəndə xoşbəxt olur — ancaq vaxt keçdikcə başa düşür ki, qlamur dövrün xəyallarını alt-üst edəcək qaranlıq bir tərəfi var.
Qardaş olub Hayastan–Azərbaycan
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. == Süjet == Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.
Alovlardan keçən ömür (film, 2005)
Alovlardan keçən ömür qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film İkinci dünya müharibəsinin iştirakçısı Daniyal Abdullayevdən bəhs edir. == Məzmun == Film İkinci dünya müharibəsinin iştirakçısı, Brest qalasının qəhrəmanı, "Fransa müqavimət hərəkatı"nın döyüşçüsü Daniyal Abdullayevdən bəhs edir.
Daşdan keçən kağız (film, 1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Dənizdən keçən alov (film, 1964)
Səhnədə keçən həyat (film, 1991)
== Məzmun == Kinolent Azərbaycanın ən qocaman teatrlarından birinin — Gəncə Dövlət Teatrının yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Mehdiyev Ssenari müəllifi: Hüseyn Mehdiyev Operator: Nadir Mehdiyev Səs operatoru: Marat İsgəndərov == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Qışı quru keçən soyuq iqlim (iqlim tipləri)
Mən bilirəm siz keçən yay nə etmisiniz
Mən bilirəm siz keçən yay nə etmisiniz — 1997-ci ildə çəkilmiş sleşer, mistika, triller janrlı ABŞ filmi. == Məzmun == Filmdə gənclərin gecə vaxtı maşınla gedərkən bir nəfəri vurduğunu görmək olar. Hadisədən qorxan gənclər bunu ört-basdır etmək qərarına gəlirlər. Bu məqsədlə də onlar gəncin cəsədini dənizə atırlar. Hadisədən 1 ildən sonra gənclərin hər birinə bir anonim məktub gəlir. "Mən bilirəm siz keçən yay nə etmisiniz" başlığı ilə olan məktub gənclərin qorxusuna səbəb olur. Bu naməlum şəxs isə gənclərdən birini qətlə yetirəndə isə vəziyyət aydınlaşır. Qisas. Bəs kim? Bu suala cavab tapmağa çalışaraq eyni zamanda da gənclər xilas olmağa çalışacaqlar.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Mən bilirəm siz keçən yay nə etmisiniz (film, 1997)
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır (ing. Shriek If You Know What I Did Last Friday the Thirteenth) — 2000-ci ildə istehsal olunmuş parodiyalı komediya filmidir. Film Qışqırıq, "Mən bilirən, siz keçən yay nə etmisiniz" Texas qətliamı, Hellovin, "Kristina" və Cümə, ayın 13-ü kimi qorxulu filmləri parodiya edir. Bu film Çox qorxulu kino filmi ilə eyni ildə çəkilmişdir. Lakin ona nisbətən gec başa çatmışdır. Filmlərin mövzularında bənzərliklər vardır. Filmin mövzusu Çox qorxulu kino filminə nisbətən daha gülməlidir.

Digər lüğətlərdə