ORBAY

ər, igid bəy; türk tayfalarından birinin adı; təpə, torpaq təpə və bəy; düşərgə, qərargah, ordugah və bəy və s.
ONBAŞI
ORBƏK
OBASTAN VİKİ
Kazım Orbay
Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti – 3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir. == Hərbi həyatı == 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir.
Rauf Orbay
Hüseyn Rauf Orbay (27 iyul 1881, Konstantinopol – 16 iyul 1964, İstanbul), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsində və Türkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır. == Həmidiyə hərəkatı == I. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.