orient1
n 1. şair. şərq, şərq ölkələri; in the ~ şərqdə; pearl of ~ şərq mirvarisi (xüsusi qiymətə malik mirvari); 2. arx. dan yerinin sökülməsi, günün doğması
orient2
adj 1. şair. şərq (şərqdə yerləşən, şərqə aid olan); 2. şair. qalxan, doğan (günəş haq.); açılan, sökülən (sabah, səhər, dan); ~ sun doğan günəş; 3. mirvari; şəffaf-mavi (yüksək keyfiyyətli mirvarinin rəngi); 4. şair. qiymətsiz, qiyməti bilinməyən, füsunkar; bərq vuran, alov saçan (xüsusi gözəllik və keyfiyyətə malik olan qiymətli daşlar və mirvari haq ); 5. məc. iti, parlaq; nadir (zəka və s.)
orient3
v 1. yerləşdirmək, qoymaq; saxlamaq (üzü şərqə); üzü / qabaq hissəsi şərqə yönəlmiş bina tikmək (xüs. kilsə); üz tutmaq; He oriented east O, şərqə üz tutdu; 2. yerin dörd tərəfinə əsasən mövqeyi müəyyənləşdirmək; səmtləşdirmək (kompas və s. görə); to ~ oneself yerini müəyyən etmək; 3. məc. müəyyənləşmək, lazımi / istədiyi yolu tapmaq