ORTANCIL

sif. Böyüklə kiçik arasında olan; orta (bacı, qardaş və b. haqqında).
Ortancıl oğul düşmənin hücumundan qorxub qaçdı. F.Köçərli.
[Kərbəlayı Mehdi:] Ortancıl qızım mənə oxşayıb, sözü dik deyir! Çəmənzəminli.
…Ortancıl bacı Asya orta məktəbi bitirdikdən sonra ərə getmiş(di). Ə.Məmmədxanlı.

// İs. mənasında.
Böyük qız lap kiçiyi yatırıb ortancılla oynayırdı. Ə.Vəliyev.
Ortancıla çatdı növbət; Mənimkidir zəfər, əlbət; Deyib taxdı yarağını. M.Dilbazi.

Antonimlər (əks mənalı sözlər)

  • ORTANCIL ORTANCIL – BÖYÜK Tacirin ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır (A.Şaiq)
ORTAM
ORTASİN
OBASTAN VİKİ
Ortancıl Malkolm
Ortancıl Malkolm (ing. Malcolm in the Middle) — Linvud Bumer tərəfindən yaradılmış ABŞ sitkom serialı. 9 yanvar 2000-ci ildən 14 may 2006-ci ilə qədər Fox telekanalında 151 seriyası yayımlanaraq sona çatmışdır. Serial 165 IQ səviyyəsinə malik 11 yaşlı vunderkind Malkolmun (Frenki Muniz) maraqlı həyatından bəhs edir.

Digər lüğətlərdə