ORUCƏLİ

Əli orucu, Alı orucu.
ORUCBƏY
ORUCXAN
OBASTAN VİKİ
Orucəli Həsənov
Orucəli Həsənov (1914–1991) — Azərbaycan jurnalisti, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) üzvü. Bakıda fəhlə ailəsində doğulmuş, orta və ali təhsil almış, mətbuatda, əsasən, 1934-cü ildən fəaliyyət göstərmişdir. Həmin ildən "Ədəbiyyat qəzeti", "Maarif işçisi", "İnqilab və mədəniyyət", "Vətən uğrunda" qəzet və jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, respublika Nizami muzeyində müxtəlif vəzifələrdə çalışmışdır. Ərəb, fars, osmanlı türkcəsi, rus dilləri və ədəbiyyatlarını dərindən bilmişdir. Çoxlu sayda əsərlərin müəllifidir.
Orucəli Məmmədov
Orucəli Məmmədov (tam adı: Məmmədov Orucəli Qulu oğlu) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı. Orucəli Məmmədov Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvandan – 337 nömrəli Qoçüstü seçki dairəsindən deputat seçilmişdir. 5 fevral 1991-ci ildə üzv kimi Azərbaycan SSR xalq deputatlarının səlahiyyətini yoxlamaq üçün yaradılmış 15 nəfər Azərbaycan SSR xalq deputatından ibarət Mandat komissiyasının tərkibinə seçilmişdir.
Faiq Orucəliyev
Faiq Hacı Murad oğlu Orucəliyev (1934, Bakı – 1997, Bakı) — texnika elmləri doktoru (1981), professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Faiq Orucəliyev 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Neft yataqlarının istismarı ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib. == Əmək fəaliyyəti == Faiq Orucəliyev 1963-cü ilə qədər "26 Bakı komissarı adına" Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963–1997-ci illərdə Azərbaycan EA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. == Akademik fəaliyyəti == Faiq Orucəliyev 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə edib. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Faiq Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Alim 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir.
Orucəlili (Germi)
Orucəlili (fars. اروج عليلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (30 ailə).
Qabil Orucəliyev