Pax Ottomana
Pax Ottomana (latıncadan tərcüməsi "Osmanlı sülhü" mənasına gəlməkdədir) - dünyanın digər bölgələrinə nəzərən Osmanlı imperiyasında mövcud olan sabitlik və nizam üçün istifadə olunan termindir. Daha geniş formada istifadə olunan "Pax Romana"dan törəmişdir.
Bu ifadə daha çox Osmanlı imperiyasına müsbət yanaşan modern Türkiyə tarixçiləri tərəfindən istifadə olunur. Osmanlı imperiyası gücünün zirvəsində olduğu zaman Orta və Yaxın Şərqi, Balkan yarımadasını və Şimali Afrikanı əhatə edirdi. I Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqut etməsi ilə bu bölgələrin əksəriyyətində qeyri-sabitlik hökm sürməyə başladı. Buna görə də, Osmanlı dövrünün müsbət olduğunu ifadə etmək üçün Pax Ottomana ifadəsindən istifadə olunmağa başlandı.