OVSAR is. [ fars. ] Dəvə noxtası. Dəvə tanınmasa, ovsarı tanınar. ( Ata. sözü ). Dağların başından keçəmmir karvan; Ovsarı əlində ağlayır sarvan. “Koroğlu”. Bu çinarın dövrəsi ovsarları bir-birinə bağlanan dəvə karvanlarının, at-ulaqla yükdaşıyan çarvadarların düşərgə yeri olmuşdu. S.Rəhimov.