OXUCU


1. is. Kitab və s. oxuyan, mütaliəçi. Yazıçılarla oxucuların görüşü.
– İndi xəbər verim oxucuma mən; Xəyalı küsdürən bir faciədən. S.Vurğun.

2. is. Kitabxanaya yazılmış adam, kitabxana üzvü, kitabxanadan istifadə edən şəxs. Oxuculara nümunəvi xidmət. Oxucu bileti.
□ Oxucu zalı – bax oxu zalı (“oxu”da).
3. is. Tutuşdurub yoxlamaq üçün orijinalı və ya əvvəlki korrekturanı korrektor üçün oxuyan adam, korrektor köməkçisi. Oxucu vəzifəsi.
4. sif. Oxuyan, ötən (quşlar haqqında).
Cəhcəhə başladı oxucu quşlar; Dilləndi ağaclar, qarğı, qamışlar… H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXUCU OXUCU (oxu ilə məşğul olan) Bunu balta səsi sanma oxucum! O, yerin altına eyləyir hücum (M.Rahim); QARE (köhn
OXU-YAZI
OXUDULMA

Digər lüğətlərdə

гни́да обесси́ленный оригина́л-маке́т первопу́т подобру́-поздоро́ву при́быль развлека́тельность абсолютиза́ция гага́кнуть ка́ша обга́диться озада́ченно старле́тка allness baculine chow-down fog dog homophonic shopsoiled tank titanian unheard-of журчание набор подгибаться