OXUYUB-YAZMAQ
OXYARPAQ
OBASTAN VİKİ
Oxvari qumilanı
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.

Digər lüğətlərdə