1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq.
– Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi.
// Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq.
– Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu.
[Qız] küncdə oturub gəlin oynadarmış.
2. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq.
[Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı.
Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım.
// Tərpətmək.
Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı.
3. icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq.
4. Əlində atıb-tutmaq, fırlatmaq.
[Doktor:] Hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı.
[Hidayət] əlində oynatdığı sarı yarpağı … kənara fırlatdı.
5. məc. Göstərmək, təzahür etdirmək.
Şahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı.
6. məc. Ələ salmaq, dolamaq, sarımaq.
[Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram.
[Elçi:] Məni oynatmaq olmaz.
// məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır.
7. məc. Yerindən eləmək.
Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı.