PƏSTƏHA is. [ fars. ] 1. Hissə, detal. Maşının pəstəhası. 2. məc. Fırıldaq, hiylə, kələk, hoqqa. [Niyaz:] Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstəhalar çıxacaq. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Gəlsin görək qaraçı oğlu qaraçı, nə pəstəha olacaq. N.Vəzirov.