PİSİKDİRMƏK f. dan. Qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək. Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb [Nəcəfi] pisikdirdi. M.İbrahimov. Qumru istəyir ki, Babacanı pisikdirib, Bünyadı onun evindən çıxartsın, Bünyada özü getsin. Ə.Əbülhəsən.