PİYLİ

sif.
1. Kök, piyi olan. Piyli qoyun.
2. Yağlı, çox piyi olan. Piyli ət.
3. Tərkibində piy olan, piy vurulmuş. Piyli məlhəm.
4. məc. Şişman, kök, yekə, piy basmış.
Piyli göbəyini qabağa verib, hətta özünü günahkar sayardı. B.Bayramov.
Gəl indi inan ki, onun ürəyi; Piyli mədəsinin içində deyil. O.Sarıvəlli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PİYLİ yağlı — kök
PİYLƏŞMƏK
PİYLİLİK

Digər lüğətlərdə