POLİSMEYSTER

[ alm. polizeimeistr] 1917-ci il inqilabından qabaq Rusiyada: iri şəhərlərin polis rəisi.
POLİSMEN
POLİTEXNİK
OBASTAN VİKİ
Bakı Polismeysterliyi
Bakı Polismeysterliyi — Bakı şəhərində asayişi və qayda-qanunu qoruyan qurum. == Tarixi == Bakı qradonaçalnikliyi (şəhər rəisliyi) haqqında Rusiya senatının 1906 il 28 oktyabr tarixli müvəqqəti Əsasnaməsinə uyğun olaraq, Bakı şəhər polis idarəsi əsasında yaradılmışdı. Bakı polismeysterliyi 1907 il yanvarın 1-dən, Balaxanı-Sabunçu Polis İdarəsi ilə yanaşı, Bakı şəhər rəisliyinin polisi funksiyasını yerinə yetirirdi. 1917 ildə Bakıda sovet hakimiyyəti elan edilməsi ilə əlaqədar ləğv olunmuşdu. Cümhuriyyət dövründə, yerli idarəçiliyin təşkilinə qədər Rusiya qanunlarının Azərbaycan Xalq Cümhuriyyəti ərazisində qüvvədə saxlanması haqqında Azərbaycan Hökumətinin 1918 il 23 iyun tarixli qərarından sonra Bakı polismeysterliyi yenidən fəaliyyətə başlamışdı. Bakı qubernatorunun tabeliyində olan Bakı polis meysterliyi nəzdində polis meysterin adından, yaxud onun, ya da köməkçisinin göstərişi ilə yazışmalar aparan idarə — dəftərxana vardı. Bakı polismeysterliyi 11 polis məntəqəsinə (Bayıl, Aleksandr Nevski, İçərişəhər, Şamaxı, Mərkəz, Mixaylov, Romanov, Qanlıtəpə, Zavağzal, Qaraşəhər, Liman) bölünmüşdü. Məntəqələrə sərəncamlarında qorodovoylar olan pristavlar başçılıq edirdilər. Pristavlar qayda-qanunun, təhlükəsizliyin təmin olunması və abadlıq işləri üçün məsuliyyət daşıyırdılar. 1919 il aprelin 25-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti guya Bakı şəhərində ermənilərə qarşı zorakılıq hallarının baş verməsi ilə əlaqədar aparılmış təhqiqatlar barədə Bakı polismeysterinin məlumatını müzakirə etmişdi.

Digər lüğətlərdə