POWER

n 1. güc, qüvvə; the ~ of a blow zərbənin gücü; I will do everything in my power to help you Sənə / Sizə kömək etmək üçün gücüm çatan hər şeyi edəcəm; 2. fiz. enerji; qüvvə; electric ~ elektrik enerjisi; lifting ~ qaldırıcı qüvvə; 3. hakimiyyət; absolute / supreme ~ mütləq / ali hakimiyyət; a party in ~ hakimiyyətdə olan partiya; to come to ~ hakimiyyətə gəlmək; to take ~ hakimiyyəti ələ almaq; to seize ~ hakimiyyəti zəbt etmək; 4. ixtiyar, vəkalət, səlahiyyət; large ~s geniş səlahiyyət; 5. dövlət; the Great Powers böyük dövlətlər; leading ~s aparıcı dövlətlər; small ~ kiçik dövlət; nuclear ~ nüvə dövləti

POWDERY
POWER-BOAT
OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir. "Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir. 1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.
Power metal
Power metal — Almaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir. Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.
Tyrone Power
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Microsoft PowerPoint
Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur. PowerPoint-in yaradılması ideyası ilk dəfə Berkli universitetinin tələbəsi Bob Haskins tərəfindən irəli sürülmüşdür. 1987-ci ildə PowerPoint-in Apple Macintosh üçün olan ilk versiyası PowerPoint 1.0 buraxılmışdır. 1987-ci ildə PowerPoint Microsoft forması tərəfindən 14 milyon $ dəyərində alınmışdır. 1990-cı ildə Windows üçün olan versiyası yaradılmış və Microsoft Office proqram paketinə daxil edilmişdir. Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Təqdimatlarda qrafik redaktorların məhzullarından və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür. MS PowerPoint proqramında təqdimatları üç üsulla yaratmaq olar: Master, Şablon və Boş Təqdimat.
PowerNow!
Powerwolf
Powerwolf - Almaniya pauer metal musiqi qrupu. 2003-cü ildə Çarlz Qreyvolf və Metyu Qreyvolf qardaşları tərəfindən yaradılmışdır. Qrupu yaratdıqdan sonra qardaşlar Rumıniyaya səfər edərək orada Attila Dorn ilə tanış olduqdan sonra Attila Dorn qrupa vokalist kimi qatıldı. Dorn, Buxarestdə klassik opera vokal musiqi Akademiyasını bitirdiyi üçün onun səsi qrupun üslubu üçün çox əlverişli oldu. Qrupun sözləri vampir əfsanələrindən, din və şeytan haqqındadır. Qrupun ilk debüt albomları 2005-ci ildə "Return in Bloodred" adlı albomları olmuşdur.
PowerShell
PowerShell, Microsoft-un əmr sətiri qabığından və əlaqəli skript dilindən ibarət tapşırıqların avtomatlaşdırılması və konfiqurasiya idarəetmə proqramıdır. Əvvəlcə yalnız Windows PowerShell kimi tanınan Windows komponenti, 18 avqust 2016-cı ildə PowerShell Core tətbiqi ilə açıq mənbəli və çarpaz platformaya çevrildi. Birincisi .NET Framework, ikincisi isə .NET Core üzərində qurulub. PowerShell-də, inzibati tapşırıqlar, ümumiyyətlə , müəyyən əməliyyatı həyata keçirən ixtisaslaşdırılmış .NET sinifləri olan cmdletlər (tələffüz olunan əmrlər ) vasitəsilə yerinə yetirilir. Bunlar, provayderlər vasitəsilə PowerShell-ə ​​təqdim edilən fayl sistemi və ya Windows Qeydiyyatı kimi müxtəlif məlumat anbarlarında verilənlərə daxil olmaqla işləyir. Üçüncü tərəf tərtibatçıları PowerShell-ə ​​cmdletlər və provayderlər əlavə edə bilərlər. Cmdletlər öz növbəsində modullara paketlənə bilən skriptlər tərəfindən istifadə oluna bilər. Cmdletlər .NET API ilə tandemdə işləyir. Komanda xətti tərcüməçisi (command-line interpreter, CLI) əksər Microsoft əməliyyat sistemlərinin ayrılmaz hissəsi olmuşdur. MS-DOS və Xenix demək olar ki, yalnız CLI-yə arxalanırdı.