Pre-eyakulyasiya
Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az, yaxud da heç yox dərəcəsindədir. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir.