PİYAZ
PULAD
OBASTAN VİKİ
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Artemisia pudica
Artemisia ludoviciana (lat. Artemisia ludoviciana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Sinonimləri == Artemisia brittonii Rydb. Artemisia cuneata Rydb. Artemisia diversifolia Rydb. Artemisia falcata Rydb. Artemisia ghiesbreghtii Rydb. Artemisia gnaphalodes Nutt. Artemisia gnaphalodes var. diversifolia (Rydb.) A.Nelson Artemisia gnaphalodes var.
Düyü pudinqi
Düyü pudinqi və ya südlü pudinq müxtəlif kulinariya mədəniyyətlərində tapıla bilən bir desert növüdür.. Düyü pudinqi, Türk mətbəxindəki bir çox südlü desert arasında ən çox yayılmış və ən məşhur olanlarından biridir. Əsas maddələr düyü, süd və şəkərdir. Ölçüləri insanların zövqünə görə dəyişsə də, ümumiyyətlə qəbul edilmiş və qiymətləndirilən ölçüləri, düyü dənələrinin çox sərt olmamaları şərtilə bir-bir ağıza gətirilə bilən vəziyyətdə olmasıdır. Qərbi və Şimali Avropa ölkələrinin mətbəxlərində rast gəlinən düyü pudinqi, xüsusilə Skandinaviya ölkələrində darçın sousu və ya qovrulmuş badam qənnadı məmulatları ilə bəzədilib, yalnız Yeni il ərəfəsində süfrəyə verilir.
Fritillaria pudica
Fritillaria pudica (lat. Fritillaria pudica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Ixora pudica
Ixora pudica (lat. Ixora pudica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Prunus puddum
Prunus cerasoides (lat. Prunus cerasoides) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Pudinq
Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur.Pudinqin soyudulması xüsusi formada edilir. İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu.Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar. Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur. Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır. Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.
Pudun (rayon)
Pudun (çin. sadə. 浦东, pinyin: Pǔdōng), rəsmi adı Yeni rayon Pudun (çin. sadə. 浦东新区, pinyin: Pǔdōng Xīn Qū, hərfi mənası: "Pudun sintsyuy") — Çinin Şanxay şəhərində bölgə. Çin hökuməti yeni Pudun rayonuna XİR-lə müqayisədə daha geniş güzəştlər vermişdir. Belə ki, Pudunda nəinki XİR və texniki-iqtisadi istismar zonaları üçün hökumət tərəfindən işlənib hazırlanmış bütün qanun və müddəalar işləyir (məsələn, gömrük rüsumlarından və əlavə dəyər vergisindən qismən və tam azadolma), həmçinin yalnız Pudun ərazisində fəaliyyət göstərən güzəştlər müəyyənləşdirilmişdir. Məsələn, dövlət xarici investorların Pudunda üçüncü sənaye maliyyə idarələri və müəssisələr yaratmasıyla, Şanxayda fond birjası açmasıyla və səhmlər buraxmasıyla, hətta kapital qoyuluşunun təsdiqinə gorə onun səlahiyyətlərini artırmiş və banklara xarici kapitalın iştirakı ilə jenminbi ilə əməliyyatlar aparmağa icazə vermişdir. Hal-hazırda Pudunda xarici investisiyanın iştirakı ilə 70 maliyyə təsisatı qeydiyyatdan keçmişdir. Xarici kapitalı olan 18 banka jenminbi ilə əməliyyatlar aparmağa icazə verilmiş, 28 əyalət, mərkəz tabeliyində olan şəhər və muxtar rayon isə Pudunda öz ticarət kampaniyalarını yaratmışlar.
Senecio pudicus
Senecio pudicus (lat. Senecio pudicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Vsevolod Pudovkin
Vsevolod İllarionoviç Pudovkin (28 fevral, 1893, Penza, Rusiya-30 iyun, 1953, Riqa, Latviya). Bədii rəhbər. SSRİ Xalq Artisti (1948) Stalin Mükafatı (1941, 1947, 1951) Moskva universitetinin riyaziyyat fakültəsində təhsil almış, lakin bitirməmişdir. 1915-ci ildə cəbhəyə gedən Pudovkin döyüşlərdə Almaniya tərəfinə əsir düşmüşdür. 1919-cu ildə əsrilikdən döndükdən sonra bir müddət zavodda kimyaçı işləmişdir. 1925-ci ildə Ümumitifaq Kinematoqrafiya İnstitutunda təhsilini tamamladıqdan sonra "Mejrabpom-Rus" kinostudiyasında işə götürülmüş və ilk filmini (Ana) 1926-cı ildə çəkmişdir. Stalin mükafatı laureatıdır.
Yorkşir pudinqi
Yorkşir pudinqi — Yorkşir qraflığının ənənəvi ingilis pudinqi. Sulu xəmirdən hazırlanaraq rostbif və xörək şirəsi birlikdə süfrəyə verilir. Buğda unu ilə piroq və pudinqlərin hazırlandığı zaman, Şimali İngiltərə aşpazları ət qızarana qədər pudinq hazırlamaq üçün altlığa damcılana piydən istidadə üsulunu öyrənmişdilər. 1737-ci ildə "Damcılanan pudinq"in resepti ("A Dripping Pudding") "The Whole Duty of a Woman" kitabında çap olunmuşdur: Yorkşir pudinqi - britaniyalıların ənənəvi bazar günü naharının bir hissəsini təşkil eləyir. Yorkşir pudinqinin inqridientləri ucuz olduğundan süfrəyə ən əvvəl verilir.
Pudasjärvi
Pudasjärvi — Finlandiyanın Pohjois-Pohjanmaan əyalətinin şimal hissəsində, İijoen çayının orta axarında yerləşən bir şəhərdir. Pudasjärvi Oulunkaaren bölgəsinə aiddir. Onun qonşu bədəliyyələri İi, Oulu, Posio, Puolanka, Ranua, Suomussalmi, Taivalkoski və Utajärvidir. Pudasjärvinin mərkəzi gəzinti yeri Kurenalus adlanır.
Pudasyarvi
Pudasjärvi — Finlandiyanın Pohjois-Pohjanmaan əyalətinin şimal hissəsində, İijoen çayının orta axarında yerləşən bir şəhərdir. Pudasjärvi Oulunkaaren bölgəsinə aiddir. Onun qonşu bədəliyyələri İi, Oulu, Posio, Puolanka, Ranua, Suomussalmi, Taivalkoski və Utajärvidir. Pudasjärvinin mərkəzi gəzinti yeri Kurenalus adlanır.

Digər lüğətlərdə