1. Pərəstiş edən, tapınan sitayiş edən; ibadət edən.
□ Pərəstişkar olmaq – pərəstiş dərəcəsində sevmək, məftun olmaq, vurulmaq.
Sevgilim, eşqü həvəsdən daha mən bizaram; İndi bir başqa dilarama pərəstişkaram.
[Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar.
2. məc. Pərəstiş dərəcəsində sevən; məftun, vurğun.
[Rasim Yavərə:] Etiraf etməliyəm ki, mən də bu cür sənətin pərəstişkarıyam.