QÜRURLU

sif.
1. Məğrur, öz mənliyini, cəmiyyətdə öz rolunu, üstünlüyünü hiss edən.
O, öz zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas etmək üçün ölümə gedən bir əsgər kimi qürurlu idi. M.İbrahimov.

// məc. Əzəmətli, möhtəşəm.
2. Təkəbbürlü, iddialı, kibrli, təşəxxüslü, başqalarına alçaq nəzərlə baxan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜRURLU qürurlu bax vüqarlı
  • QÜRURLU qürrəli — iddialı — lovğa
  • QÜRURLU iftixarlı — təmkinli

Antonimlər (əks mənalı sözlər)

  • QÜRURLU QÜRURLU – TƏVAZÖKAR Bu dağlar qucağında bəslədiyim adamlar kimi qürurlu idi (S.Vəliyev); Xoşuna gələn odur ki, çox təvazökardır (M
QÜRURLANMAQ
QÜSL

Digər lüğətlərdə