QƏDİRBİLMƏZ

sif. Adama qiymət qoymayan, adamın qədrini bilməyən; yaxşılıq bilməyən. Qədirbilməz adam.
– Haq bilir ki, səni necə istərəm; Ay bivəfa, qədirbilməz, bəri bax! M.P.Vaqif.
Gözəlin bəzisi bədniyyət olur; Qədirbilməz olur, bihürmət olur. Q.Zakir.
Gövhər qalıb qədirbilməz əlində; Tərlan olub sar əlinin dustağı. Aşıq Ələsgər.

QƏDİRBİLƏN
QƏDİRBİLMƏZLİK

Digər lüğətlərdə