1. Qəmli, kədərli, tutqun, məyus, pərişan.
Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm.
Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi.
Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var?
// Zərf mənasında.
Məmməd Həsən əmi qəmgin … oturub, gözünü dikmişdi şəhər yoluna.
Nurəddin çox qəmgin evə qayıdırdı.
□ Qəmgin olmaq – kədərlənmək, tutulmaq, məyus olmaq, pərişan olmaq.
Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu.
2. Qəm doğuran, kədər gətirən, hüzn doğuran, həzin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə.
– Hər tərəfə qəmgin sükut çökmüşdü.
Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəmgin qəbir daşları mavi bir pərdəyə bürünürdü.