QƏRARDAD

is. [ ər. qərar və fars. …dad] köhn. Qərar, qətnamə; hökm, rəsmi sərəncam, əmr.
[Əziz bəy:] Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin. M.F.Axundzadə.
Bu [məktəblərin] üçü də qərardadın məzmununa görə lazım idi. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRARDAD QƏRARDAD, ƏMR, QƏRAR, SƏRƏNCAM
  • QƏRARDAD hökm — sərəncam — əmr
QƏRAR
QƏRARGAH
OBASTAN VİKİ
Qərardad
Qərardad — Məhkəmə hakimiyyəti orqanlarında iş mahiyyəti üzrə həll edilə bilmədikdə çıxarılan qərar növüdür. Məhkəmə qərarlarının bir neçə növləri mövcuddur: Hökm, qətnamə, qərardad, qərar, məhkəmə əmri, sərəncam. Qərardadın qətnamə və hökmdən fərqi, iş həll olunmadığı hallarda qəbul edilməsidir. Bir qayda olaraq məhkəmənin qəbul etdiyi bütün qərardadlardan şikayət verilə bilər.

Digər lüğətlərdə