QAQQILTI

is.
1. Toyuq, kəklik, durna çığırtısı.
Qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. S.S.Axundov.
Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli.

2. Qəhqəhə; qəhqəhə ilə gülüş.
Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. S.S.Axundov.
Cəlal yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAQQILTI qəhqəhə
  • QAQQILTI çığırtı — bağırtı
QAQQILDATMAQ
QAQUM

Digər lüğətlərdə