QARAYAĞIZ

sif. Əsmər, qarabuğdayı. Qarayağız qız. Qarayağız oğlan.
– İçəridən qarayağız, ortaboylu bir gənc gülə-gülə: – Araz, sən bu yerləri çoxmu sevirsən? – deyə soruşdu. A.Şaiq.
Bu suyuşirin, bu qarayağız; Qızın sinəsində; Duyğusu dərin; Yeni günlərin; Şirin dalğalı ahəngi yaşar. M.Müşfiq.
Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə, hey əsnəyir və danışırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARAYAĞIZ QARAYANIZ/QARAYAĞIZ Hamı döşündə qəhrəmanlıq nişanını gəzdirən qarayanız, güləşsifətli bu yeni adama baxır (R
QARAVURĞUN
QARAYAXA

Digər lüğətlərdə