QAYƏ

is. [ ər. ] Yüksək məqsəd; bir işin, təşəbbüsün son məqsədi.
[Məhərrəm] çalışmaq, çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. A.Şaiq.
İnsanlara bəxtiyarlıq, ağgün, səadət! Qayəmiz budur ancaq. O.Sarıvəlli.

// Ümumiyyətlə, məqsəd, məram.
Niyə qıydın sən o solğun mələkə? Bu vurub-yıxmağının qayəsi nə? Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYƏ qayə bax məqsəd; ideya 1; məfkurə
  • QAYƏ məqsəd — məram
QAYDASIZLIQ
QAYƏSİZ

Digər lüğətlərdə