QAYNATMAQ

f.
1. Bir mayeni od üstündə qaynama dərəcəsinə çatdırmaq, qaynama dərəcəsinə çatıncaya qədər qızdırmaq. Südü qaynatmaq. Suyu zərərsizləşdirməkdən ötrü ən sadə və ən əlverişli üsul onu qaynatmaqdır.
// İçərisində maye qaynadılan qab haqqında. Samovarı qaynat. Çayniki qaynadıb daşdırmaq.
– Yetər samovarı qaynadıb gətirdi. Qantəmir.
Uşaq, otağı təmizləməkdə və cihazları qaynadıb yerinə qoymaqda olan anasının ətəyindən tutub dartır… M.İbrahimov.

2. Bir şeyi qaynar suyun içində bişirmək, yaxud qaynar suyun içində saxlamaq. Boymadərəni qaynadıb suyunu şüşəyə tökdülər. Paltarları yumaqdan əvvəl qaynatmaq.
// xüs. Metaldan düzəldilmiş cərrahlıq və başqa tibb alətlərini işlətmədən qabaq od üstündə qaynar suyun içərisində saxlayıb mikrobsuzlaşdırmaq.
3. xüs. Metal parçalarını qızardaraq birbirinə yapışdırmaq, calamaq, bitişdirmək. Baltanın küpünü dəmirçi kürədə qaynadıb ağzı ilə bitişdirdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYNATMAQ calamaq — bitişdirmək
  • QAYNATMAQ qızdırmaq
QAYNATMA
QAYRILMA

Digər lüğətlərdə

вспуха́ть гну до́менка крупча́тный кюри́нский перехо́дчивый хруп аукцио́н кайф опусти́ть подыгра́ть посре́дница архаровец кадет country-folk endemical gasification jarring machine Mao jacket personable доход мобилизоваться связь тюрколог хамить