QİRAƏT

is. [ ər. ] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi.
– …Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə.
Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev.

// Ümumiyyətlə oxuma; mütaliə. Qiraət etmək. Qiraətlə məşğul olmaq.
□ Qiraət zalı (otağı) – qəzet, kitab və s. oxumaq üçün zal, otaq, qiraətxana, mütaliə otağı.
Qiraət zalında Vahidin bir masası vardı. Mir Cəlal.

◊ Qiraət koması – kəndlərdə mədəniyyət sarayları meydana gəlmədən qabaq: mədənimaarif ocağı.
[Cahan:] Hər yerdə qiraət koması açılır. Ə.Haqverdiyev.
Məktəb uşaqlarının köməyi ilə tarla düşərgəsində qəşəng bir qiraət koması düzəlmişdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QİRAƏT QİRAƏT (müəyyən qayda və üsul ilə oxuma) Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar (C
  • QİRAƏT oxu — mütaliə
QİNA₁
QİRAƏTÇİ

Digər lüğətlərdə