QİYMƏTLƏNDİRMƏK

f.
1. Bir adamın, şeyin və ya işin əhəmiyyətini, keyfiyyətini, dəyərini düzgün başa düşüb təqdir etmək, ona qiymət vermək; dəyərləndirmək. İşçinin əməyini qiymətləndirmək.
– Qəhrəman zəhmət vərdişini, əqli inkişaf, bədii zövqün tərbiyəsi ilə yanaşı təbiəti də qiymətləndirir. S.Rəhimov.

2. Bir iş, hərəkət və s. haqqında fikir söyləmək; məna vermək. Vəziyyəti düzgün qiymətləndirmək. Siz bunu necə qiymətləndirirsiniz? Onun hərəkətini lazımınca qiymətləndirmədiniz.
QİYMƏTLƏNDİRMƏ
QİYMƏTLƏNMƏ

Digər lüğətlərdə