QORODOVÓY

[ rus. ] tar. Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri.
Axırı lap naəlac qalıb getdim bir qorodovoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə. C.Məmmədquluzadə.
[Gülcahan:] A kişi, yoxsa … qorodovoydan qorxub özünü bu günə salırsan? N.Vəzirov.
Pristav izn istəmədən içəri girib [birbaşa] yatağa yaxınlaşaraq, arxasınca gələn qorodovoyun birisinə buyurdu: – Döşəyi sök!… H.Nəzərli.

QORODNİÇİ
QORUQ
OBASTAN VİKİ
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Digər lüğətlərdə