QOVRULMAQ

f.
1. Susuz olaraq yalxı və ya yağda od üstündə bişib qızarmaq. [Xudayar bəy:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu.
Ətin çox yaxşı qoxusu gəlir. C.Məmmədquluzadə.

2. məc. Yanmaq. Gündə qovrulmaq.
– …Yaz ki, mən Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur. S.Rəhimov.
Gün altında qovrulan böyük, quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.

3. məc. Əzab çəkmək, acıq çəkmək, iztirab və işgəncə içində olmaq (bəzən “qovrulub-yanmaq” şəklində işlənir). O bütün gecəni acığından qovrulurdu. Həsrətdən qovrulmaq.
– Sanki mən bədbəxt bu düşüncələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. M.S.Ordubadi.
Fəridə bütün gecəni qovrula-qovrula (z.) qaldı. A.Şaiq.
Bir ağrı başladı, qovrulub-yandım; Ağrıyır deməyə bəzən utandım. Ə.Cavad.

QOVRULMA
QOVRULMUŞ

Digər lüğətlərdə

враг гури́йцы притяза́тельный провозгласи́тель разлива́ть реверси́ хэ́кер шестисот... ше́фство надпо́чечный обма́тывать отва́дить пола́ять сардине́лла слука́вить шлю́почный alternative conjunction boston bush hat guide book vote-catching манометрический одобрительный подсочка призывной