QURŞAMAQ

f.
1. Belinə bağlamaq.
Koroğlu qılıncını qurşadı, … tərlan kimi Qıratın belinə sıçradı. Koroğlu”.
Əcəb qurşayıbdır incə belinə; Gümüş kəmər qəddi-dala yaraşır. Aşıq Ələsgər.
Səsimə səs versin bütün ölkələr; Qoy qılınc qurşasın müstəmləkələr. S.Vurğun.

2. məc. Dolamaq, ələ salmaq, araya qoymaq, oynatmaq.
İstəyirlər özək katibini heçə döndərib, Xədicə Soltanı qurşasınlar. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURŞAMAQ dolamaq — bağlamaq

Omonimlər

  • QURŞAMAQ QURŞAMAQ I f. Belinə bağlamaq. Qoy qılınc qurşasın müstəmləkələr (S.Vurğun). QURŞAMAQ II f. məc. Dolamaq, ələ salmaq
QURŞAMA
QURŞANMA

Digər lüğətlərdə