1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır.
// Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir.
□ Bir qədər – bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı.
Bir bu qədər – bax bu qədər 1-ci mənada.
Bu qədər – 1) bu miqdarda (adətən çoxluluq mənasında).
2) bitdi, vəssalam, daha deyəcək söz yoxdur (söhbətə, sözə xitam vermək üçün işlənir).
Nə qədər – 1) nə miqdar? neçə? neçə dənə? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?;
2) nə dərəcədə, nə nisbətdə.
3) istədiyin qədər, ürəyin istəyən qədər.
O qədər – 1) o miqdarda (adətən çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil.
2) o dərəcədə, o nisbətdə. Bura o qədər gözəldir ki… Nə qədər lazımsa, o qədər çalışmaq lazımdır.
2. qoş. Təxmin və təqrib mənasında. Onlar otuz nəfərə qədər adam idi. İclasa iki yüzə qədər adam gəlmişdi.
3. qoş. Bir işin intəhasını, həddini, yaxud davamını bildirir; …dək, …kimi. Axşama qədər səni gözlədim. Gecəni sabaha qədər yatmamışam.
// Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər.
// Bir yeri digər yerdən ayıran məsafəni, yaxud bir hadisəni digər hadisədən ayıran vaxtı göstərmək üçün işlənir (
…dək şəkilçisi ilə də ifadə olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr.
4. qoş. Qabaq, əvvəl. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər.
5. qoş. Müqayisə mənasında – kimi.