QƏLƏT

is. [ ər. ] Səhv, yanlış, xata, yanılma. Qələt söyləmək. Qələt yazmaq.
– A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qaçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə.
Xub, günahımızdan keç, bir qələtdi elədik, bundan sonra təklifimizi bilərik. C.Məmmədquluzadə.
[Turac:] Mənim qələtim çıxmadı? C.Cabbarlı.

□ Qələt eləmə! dan. – xəbərdarlıq, hədə, saqındırma bildirir.
Dadaşım ikiəlli yapışardı qulaqlarımdan, qovzardı göyə … və deyərdi: “Di get, bir də belə qələt eləmə!” C.Məmmədquluzadə.

Qələt eləmək dan. – tövbə etmək, bir daha etməyəcəyinə söz vermək.
[Tarverdi:] Vay, aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə olsun, tövbə, tövbə! M.F.Axundzadə.
Nə qələt eləyirsən? dan. – sənin nə ixtiyarın var, sənin heç bir sözün ola bilməz, sən nəçisən.
[Həmzə:] Vaxta ki, mən və anan razıyıq, sən [Səriyyə] nə qələt eləyirsən? C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏLƏT qələt bax səhv
  • QƏLƏT səhv — yanlış — xata — yanılma

Antonimlər (əks mənalı sözlər)

  • QƏLƏT QƏLƏT – DOĞRU A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan (M.F.Axundzadə); Yar yanında günahkaram; Doğru sözüm yalan

Etimologiya

  • QƏLƏT Ərəbcə “səhv” deməkdir. Bizdə məna pisliyə doğru dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏLƏNDƏRLİK
QƏLƏTSİZ
OBASTAN VİKİ
Qələtiyan (Üşnəviyyə)
Qələtiyan (fars. قلاتيان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (25 ailə).

Digər lüğətlərdə