QƏLƏYAN is. [ ər. ] Coşma, qaynama, həyəcan; cuşa gəlmə. □ Qələyan etmək, qələyana gəlmək – coşmaq, qaynamaq, cuşa gəlmək, həyəcana gəlmək. Müəllimin hissiyyatı birdən qələyana gəldi. S.Hüseyn.