QƏSB

is. [ ər. ] Zorla alma, qapma, zəbt etmə, tutma, zorla mənimsəmə.
□ Qəsb etmək – zorla almaq, tutmaq, tapmaq, mənimsəmək, zəbt etmək.
…Hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır. M.İbrahimov.

Qəsb olunmaq – zorla alınmaq, zorla tutulmaq, zəbt edilmək.
…İşçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olunacaqlar. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏSB qəsb bax işğal
  • QƏSB zəbt
QƏSABƏ
QƏSBKAR
OBASTAN VİKİ
Əbumusa, Böyük və Kiçik Tunb adalarının qəsbi
Əbumusa, Böyük və Kiçik Tunb adalarının qəsbi — Britaniya qüvvələri Əbumusa, Böyük və Kiçik Tunb adalarından geri çəkilən zaman 30 noyabr 1971-ci ildə baş verdi. 30 noyabr 1971-ci ildə İran Hərbi Dəniz Qüvvələri orada yerləşmiş kiçik ərəb polis təşkilatının müqaviməti altında adaları qəsb etdi.

Digər lüğətlərdə