RƏSMİ

sif.zərf [ ər. ]
1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq. Rəsmi məlumat.
– Rəsmi təftiş qırğı kimi [Balacayevin] üstünü almış(dı). S.Rəhimov.
[Hümmət Yusifə:] Gərək hökumətin rəsmi icazəsini alaq. B.Bayramov.

// Hökumət sənədlərinə xas olan. Rəsmi dil. Rəsmi terminologiya.
2. Bütün qaydaları, rəsmiyyəti gözləyərək. Rəsmi dəvət etmək. Rəsmi hərəkət etmək. Rəsmi icazə almaq.
– Əvvəlcə soyuq halda başlanan, rəsmi şəkil alan söhbət get-gedə qızışdı və otağın istiliyinə qarışdı. Ə.Vəliyev.

// məc. Soyuq, lakin nəzakətli; soyuqqanlı. Rəsmi ton. Rəsmi dildə danışmaq.
– Qiyasəddinov tam rəsmi bir ahənglə haqqhesab verirmiş kimi cavab verdi. S.Rəhimov.
Gəldiyev danışanın Səttarzadə olduğunu bilib, sözünə daha rəsmi bir ifadə vermişdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏSMİ RƏSMİ Onlar rəsmi olaraq evlənənləri müselman qadınlarına bir kəniz kimi baxır.. (A.Şaiq); RƏSMƏN [Mingəçevirə] rəsmən şəhər adı verilmişdi (Ə
  • RƏSMİ qanuni

Antonimlər (əks mənalı sözlər)

  • RƏSMİ RƏSMİ – ADİ Yəni yük daşımaqdan ötrü mənə rəsmi paltar geyindirdilər (M.Talıbov); Adi paltarda bizi qarşıladı (“Ulduz”)
RƏSMXƏT
RƏSMİLƏŞDİRİLMƏ

Digər lüğətlərdə