RUZUNUZ GÖYDƏN YAĞSIN, YERDƏ BİTSİN

Deyim “Novruz” dastanında işlənib.

Doqquz gün, doqquz gecə toy vurdurduqdan sonra Qəndabın kəbinini Novruza kəsdirdi, onun əlini Novruzun əlinə tapşırdı.

Camaat toyu təbrik edib dedi:

– Ulduzlarınız barışsın! Ruzunuz göydən yağsın, yerdə bitsin! Şanınız daha da ucalsın! (“Novruz”)

RUYİ-ZƏMİN
RÜCAH