RÖVNƏQ

is. [ ər. ] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq.
Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif.
Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim.

□ Rövnəq tapmaq – daha da gözəlləşmək, təravətlənmək, parlaq olmaq.
Ömür rövnəq tapır könül güləndə; İnsanın qədrini insan biləndə. S.Vurğun.
Yarandı qardaşlıq, bir də məhəbbət; Könül rövnəq tapdı, qəlb işıqlandı. Aşıq Şakir.

Rövnəq vermək1) bir şeyin gözəlliyini, parlaqlığını, yaraşıq və lətafətini artırmaq; gözəlləşdirmək, zinətləndirmək.
Oxuyur hər biri beş-altı vərəq; Sonradan saqqala verir rövnəq. S.Ə.Şirvani.
Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə… A.Divanbəyoğlu.
Eşqin qüdrətlidir… Bu eşq ilə sən; Qara torpağa da rövnəq verərsən. B.Vahabzadə;

2) qüvvət vermək, rəvac vermək, daha da inkişaf etdirmək.
İbrahim günü-gündən ticarətinə rövnəq verib böyük bir tacir oldu. (Nağıl).

Rövnəqdən düşmək – gözəlliyini itirmək, təravətdən düşmək, əvvəlki gözəlliyini, təravətini, lətafətini, parlaqlığını itirmək.
Buradan nə qədər gül-çiçək dərsəydilər, yenə də gülşən rövnəqdən düşməzdi. M.Hüseyn.
Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər; Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa. Ə.Vahid.

Rövnəqdən salmaq1) təravətini, gözəlliyini pozmaq;
2) məc. yayılmağa, inkişaf etməyə qoymamaq.
Təziyə məclislərini rövnəqdən salmaq məqsədilə kinolar və sair ictimai əyləncələr təşkil edilsin. M.S.Ordubadi.

Rövnəqi pozulmaq – bax rövnəqdən düşmək.
Rövnəqi pozulub otağımızın; Ziyası qalmayıb çırağımızın. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RÖVNƏQ parlaqlıq — gözəllik — lətafət
  • RÖVNƏQ bəzək — zinət — dəbdəbə — cah-cəlal

Etimologiya

  • RÖVNƏQ Ərəbcə “parlaq” deməkdir, növraq bunun təhrif formasıdır. Rövşən də bu sözlə eyni kökə malikdir, “parıltı”, “işıq” deməkdir
ROZMARİ́N
RÖVNƏQLƏNDİRMƏ
OBASTAN VİKİ
Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir. 2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir. İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur. Rövnəq Abdullayev 16 il prezidentliyini apardığı SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur. == Həyatı == Rövnəq Abdullayev 3 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə Sovet Ordusuna çağırılıb və 1985-ci ildə ordu sıralarından tərxis edilib. 1985-ci ildə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutdan məzun olub.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövnəq Həsənzadə

Digər lüğətlərdə