RƏVAC

sif. [ ər. ] Müştərisi çox olan; tezsatılan, çoxişlənən, işəgedən.
[Hacı Qara:] Zalım oğlu zalım, yüz yol Qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır. M.F.Axundzadə.

◊ Rəvac tapmaq – irəli getmək, tərəqqi etmək, inkişaf etmək, irəliləmək.
Vahidin işi günü-gündən rəvac tapırdı. Mir Cəlal.

Rəvac vermək – irəli aparmaq, tərəqqi etdirmək, inkişaf etdirmək; irəlilətmək.
Şərq musiqisinin yollarını müsbət bir surətdə təyin etmək və o yollar üzərində musiqimizin tərəqqisinə rəvac vermək üçün çoxdan bəri bir musiqi məktəbinə ehtiyac var idi. Ü.Hacıbəyov.

RƏVA
RƏVAN

Digər lüğətlərdə