Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi.
== Həyatı ==
"Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub.
== Fəaliyyəti ==
Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi.
Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.