SƏRKƏR

I
(Qazax, Quba)
bax sarkar . – Sərkər gərəx’ sərvağ olsun ki, qoyunu qurda verməsin (Qazax); – Sərkər, gəl çüreg yi (Quba)
II
(Şəmkir)
saxlamaq üçün başqasına verilən mal. – Məsəl, mən otuz inəx’ sənə sərkər verirəm, sən də əvəzin maηa süd verirsən, yağ verirsəη, hələ özüηə saxlırsan
III
(Şəki)
azərbaycanlıların ləzgi kişilərinə verdikləri ad
SƏRKAR
SƏRKİ
OBASTAN VİKİ
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Anemas (sərkərdə)
Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas (yun. Ἀνεμᾶς) — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır. XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kaldellis, Anthony. Streams of Gold, Rivers of Blood: The Rise and Fall of Byzantium, 955 A.D. to the First Crusade. Oxford University Press. 2017.
Böyük Sərkərdə (1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Böyük sərkərdə (film, 1949)

Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Pavsani (sərkərdə)
Spartalı Pavsani Kleombrot oğlu (yun. Παυσανίας; bilinmir, Sparta, Peloponnes – e.ə. 467, Sparta, Peloponnes) – Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi. Fermopil döyüşündə kral Leonidin ölümündən sonra oğlu Plistarxusun regenti olmuşdur. Onun başçılığı ilə yunanlar Plateya döyüşündə farsları darmadağın etmişdir. Həmin qələbə, alman tarixçisi Ernst Kurtiusun sözləri ilə desək, Elladanın qurtuluş günü idi.
Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax – 7 aprel 2007) — aktyor, prodüser. Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib. R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb. 7 aprel 2007-ci ildə vəfat edib. 2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib. Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa Ərizə (Ə.Əmirli) — Kamil Cəza (Ə.Əmirli) — aktyor Mağara (A.Həsənzadə) — Eldəniz Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək Mahmud və Məryəm (Elçin) — Süleyman paşa Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə Ağ div və qara div (Ə.Səmədli) — qara div Yaddaş ağrısı (H.Mirələmov) — Vahan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri Ezop (G.Fiqeyredo) — Ksanf Mustafa (O.Asena) — Hüseyn dayı Hacı Qara (M.F.Axundzadə) — Sərkis Danışan gəlincik (A.Şaiq) — padşah Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Gəlinlər (film, 2002) Halal pullar (film, 2008) Hərənin öz payı+tayı (film, 2006) Kəndim+nizə qayıdın!?
Sərkərabad (Marağa)
Sərkərabad (fars. سركاراباد‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (40 ailə).
Sərkərlar
Sərkarlar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Sərkərlər
Sərkərlər — Azərbaycanın tanınmış soylarından biri. Xançobanı elinin bir hissəsi olmuşdurlar. Şirvan xanlığını idarə edirdilər. Soyun bilinən ilk nümayəndəsi Əsgər bəydir. Onun nəticəsi Allahverdi bəy Pyotr Butkovun yazdıqlarına görə hələ 1734-cü ildə Şamaxı ətrafı kəndlərin sahibi idi. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına əsasən Allahverdi bəy 1767-ci ildə vəfat etmişdir.
Sərkərtəpə
Sərkərtəpə - Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. 1982-1986-cı illərdə Xaçmaz rayonu Sərkərli kəndi ərazisində yerləşən qədim yaşayış yerində aparılan qazıntılar zamanı Tunc dövrünə aid tikililərin arxitekturasını müəyyən dərəcədə bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Axtarışlar zamanı müəyyən edilmişdir ki, bütün evlərin içərisində gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir qədər genişlənən ocaqlar tikilirdi. Evlərin döşəməsi çiy kərpiclə düzülmüş və gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 4 metrdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc dövrünə aid ziyarətgah aşkar olunmuşdur. Sərkərtəpədən aşkar olunan ziyarətgah İlk Tunc dövründə yaşayan insanların dini görüşlərinin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı daha yaxşı saxlanması ilə fərqlənir.Onun mərkəzi hissəsində dairəvi ocaq, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan manqal, şimal divarı yaxınlığında qurbangah, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntılara malik sitayiş qurğuları aşkar olunmuşdur.
Sərkərtəpə yaşayış yeri

Vladimir Adlerberq (sərkərdə)
Vladimir Fedoroviç Adlerberq (18 (29) noyabr 1791, Vıborq – 8 (20) mart 1884, Sankt-Peterburq) — Rusiya dövlət xadimi, piyada generalı, general-adyutant, qraf. O, 1842–1857-ci illərdə poçt şöbəsinə rəhbərlik etmiş, onun rəhbərliyi altında Rusiyada poçt markaları tətbiq olunmuşdur. Adlerberq 1852–1870-ci illərdə imperator məhkəməsi naziri olmuşdur. 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1812); 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1829); 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1829); "Ağ qartal" ordeni (1833); 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni. 25 illik xidmətə görə (1835); "Müqəddəs Aleksandr Nevski" ordeni (1837); "Müqəddəs Aleksandr Nevski" ordeni üçün almaz nişanları (1841); 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (1846); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (1849); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni üçün almaz nişanlar (1856); "L il qüsursuz xidmətə görə" fərqlənmə nişanı (1860). Адлерберг, Владимир Феодорович, граф // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Гр.

Digər lüğətlərdə