SALSAL
SALTAB
OBASTAN VİKİ
Salt Bae
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Eupatorium saltillense
Ageratina saltillensis (lat. Ageratina saltillensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium ligustrinum var. villiferum B.L.Rob. Eupatorium saltillense B.L.Rob.
Inga saltensis
Inga saltensis (lat. Inga saltensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Juniperus saltillensis
Juniperus saltillensis (lat. Juniperus saltillensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Juniperus saltuaria
Juniperus saltuaria (lat. Juniperus saltuaria) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Mikania saltensis
Mikania saltensis (lat. Mikania saltensis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mixail Saltıkov-Şedrin
Mixail Yevqrafoviç Saltıkov-Şedrin (rus. Михаил Евграфович Салтыков-Щедрин, 15 (27) yanvar 1826 – 28 aprel (10 may) 1889, Sankt-Peterburq) — Rusiya yazıçısı. Mixail Yevqrafoviç Saltıkov-Şedrin 1826-cı il yanvar ayının 27-də Moskva vilayətinin Taldom rayonunda anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. Natural məktəb ruhunda yazılmış ilk povestlərin ("Ziddiyyətlər" 1847, "Dolaşıq iş" 1848) görə həbs olunmuş və sonradan Vyatkaya sürgün edilmişdir. 1855-ci ildə sürgündən Peterburqa qayıdaraq, ədəbi fəaliyyətini davam etdirmişdir. "Quberniya oçerkləri"ndə (1856–1857) təhkimçilik quruluşuna nifrət, təhkimçi kəndlilərə rəğbət motivləri geniş əks olunmuşdur. 1856–1862-ci illərdə bir sıra yüksək quberniya vəzifələrində çalışan Saltıkov onlarla cinayətkar mülkədarı məhkəməyə cəlb etmiş, çoxlu rüşvətxor məmur xidmətdən çıxarılmışdır. 1862-ci ilin əvvəllərində, ehtimal ki, "yuxarıların" təkidi ilə Saltıkov istefaya göndərilmişdir. Qeyd etmək lazımdır ki, əyalətdə yaşayıb-işləmək yazıçıya zəngin yaradıcılıq materialı vermişdir.
Praskovya Saltıkova
Praskovya Fyodorovna Saltıkova (12 (22) oktyabr 1664, Moskva – 13 (24) oktyabr 1723, Sankt-Peterburq) - rus çariçası, V İvanın arvadı, imperatriça Anna İvanovnanın anası. Семевский М. И. Царица Прасковья. 1664—1723: Очерк из русской истории XVIII века. М., 1989. Первое издание — 1883.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Saltaq nekropolları
Saltaq nekropolu — Culfa rayonu, Saltaq kəndinin qərb, şimal-qərbində arxeoloji abidə. Culfa rayonunda Saltaq yaşayış yerinin qərbində, Əlincəçayın sol sahilində, hündür təpə üzərində orta əsrlərə aid arxeoloji abidədir. 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Qəbir abidələrinin bir çoxu əkin işləri zamanı dağılıb. Arxeoloji mədəniyyət izləri Saltaq nekropolunun 14–16-cı əsrlərə aid olduğunu göstərir. Culfa rayonunda Saltaq kəndinin şimal-qərbində, Əlincə çayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə. Hər tərəfdən dağlarla əhatə olunmuş dərədə yerləşir. Qəbiristanlığın bir hissəsi tamamilə dağılıb, digər hissəsi hazırda yerli əhali tərəfindən istifadə olunur. Mərkəzində daşdan tikilmiş sərdabə xüsusilə diqqəti cəlb edir. Nekropolun XIV-XVI əsrlərə aid olması ehtimal edilir.
Saltaq sərdabəsi
Sаltаq sərdаbəsi — Qəbiristаnlığın mərkəzində dаşdаn tikilmiş sərdаbə хüsusilə diqqəti cəlb еdir. О, хаçşəkilli plаnlı оlub kiçik həcmli dаşlаrdаn əhəng məhlulu qаtılmış gəclə tikilmişdir. Sərdаbənin tаvаnı tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Оnun girişi хаricə dоğru çıхıntılıdır. Qаpının tikintisində bişmiş kərpicdən də istifаdə еdilmişdir. Bişmiş kərpiclərin ölçüsü 23 х 23 х 5 sm; 20 х 10 х 5 sm-dir. Sərdаbənin içərisi gəclə suvаnmış, lаkin bəzi yеrlərdə uçub tökülmüşdür. Оnun içərisində tахtа tаbut və insаn skеlеtinin qаlıqlаrı vаrdır. Tаbutun tахtаlаrı əldə düzəldilmiş dördkünc-yаstı mıхlаrlа bərkidilmişdir. Lаkin tахtаlаrın üzərində müаsir mıхlаrа dа təsаdüf оlunur ki, bu dа оnlаrın vахtilə bərpа еdildiyini göstərir.
Saltaq yaşayış yeri
Sаltаq yаşаyış yеri — Оrtа əsr аbidəsidir. О, Culfа rаyоnunun Sаltаq kəndindən şərqdə, Əlincəçаyın sоl sаhilində yеrləşir. Yаşаyış yеri qərbdə Əlincəçаylа məhdudlаşır. Şimаl və şimаl-şərqdə yаşаyış yеri ümumi dаğ silsiləsi ilə əlаqələnir. Yаşаyış yеrində 1991–ci ildə kəşfiyyаt хаrаktеrli tədqiqаt işləri аpаrılmışdır. Sаhəsi 56000 kv.m-dir. Yаşаyış yеri hаzırdа su аrхı vаsitəsilə iki yеrə bölünüb. Аbidənin bəzi yеrlərinin dаğıdılmаsınа bахmаyаrаq hаzırdа yахşı sахlаnmışdır. Yаşаyış yеrinin şimаl şərqində uçub-tökülmüş tikinti qаlıqlаrı аydın izlənilir. Yеrüstü mаtеriаllаr оlduqcа аzdır.
Saltax körpüsü
Saltax körpüsü- Culfa rayonu ərazisində Saltax kəndinin şərqində,Əlincəçay üzərindədir. Uzunluğu 60 metrdir.1998-ci ildə Saltax körpüsünün əsaslı surətdə bərpası və yenidən qurulması nəticəsində Saltax,Kırna, Kal,Şurud kəndlərinin rayon mərkəzi ilə əlaqədar təmin edilmişdir.
Saltu-Velosu
Saltu-Velosu (port. Salto Veloso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4206 nəfərdir. Ərazisi 105,042 кm²-dir. Əhalinin sıxlığı 40,0 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 15 dekabrdır.
Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi. Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Saltıkovlar
Saltıkovlar— Rusiya xalqının tanınmış soylarından biri. Saltıkovlar Rusiyanın əsilli-nəcabətli ailələrindən sayılırdılar. Bu nəsildən böyük sərkərdələr çıxmışdı. İki dəfə çar ailəsi ilə qohum olmuşdular. Çar Mixail Fyodoroviçin anası Saltıkovların qızı idi. Yenə rus çarı I Pyotrun böyük qardaşı çar V İvanı da Saltıkovlar ailəsindən evləndirmişdilər. Belə ki, sonralar rus taxt-tacına sahib olan Rusiya imperatriçası Anna İvanovna (1730-1740) anası tərəfindən Saltıkovlardan hesab olunurdu. Saltıkovlar nəsli tatar əsilzadəsi olan Saltık bəydən törəyib, sonra rus tarixində knyaz, qraf nəsli kimi ad almışdılar. Anna İvanovna hakimiyyətə gələndə dayısı Saltıkova qraf titulu verdi. Onun doğmaca dayısı general anşef Vasili Saltıkov (1675-1755) Rus dövlətinə hərbi uğurlar gətirmiĢdi.
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor).
Sarı Saltuq

Sarı Saltıq

Senecio saltensis
Senecio saltensis (lat. Senecio saltensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Graminaseius saltus
Graminaseius saltus (lat. Graminaseius saltus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin graminaseius cinsinə aid heyvan növü.
Salto (Uruqvay)
Salto (isp. Salto) — Uruqvayın şimal-qərbindəki Salto Departmanının paytaxtıdır. 2011 siyahıya almasına görə əhalisi 104.028-dir və Montevideo və Siudad de la Kostadan sonra Uruqvayın ən böyük üçüncü şəhəridir. Şəhər, Rute 3 üzərində, Montevideonun təxminən 496 km (308 mil) şimal-qərbində və Rio Uruqvayın şərq sahilində, Argentinadakı Konkordia şəhərinin qarşısında yerləşməkdədir. Şəhərin təxminən 12 km (7,5 mil) şimalında, Salto Qrande su anbarının üzərine inşa edilən Salto Qrande Körpüsü iki sahili birləştirir. Təpələr və qayalıqlar üzərinə inşa edilmiş olan şəhər, eyni zamanda Salto Qrande su anbarının da yerləşdiyi Rio Uruqvayın 'böyük tullanma' şəlalələrinin yaxınında yer almaqtadır . Ərazi, dəniz səviyyəsindən 48 metre (157 fit) yüksəklikdə, çay sahilinin yanında alçaqdır. Salto, günəşli və isti yayları, ara-sıra şiddətli yağışları və mülayim qışları ilə bölgəyə xas subtropik dəniz iqliminə sahipdir. Gənclər arasındakı məşhur aktivitələr arasında mate (bitkisəl bir içəcək) içmək, gecələri rəqsə getmək və həftə sonları Koncordiada alışveriş etmək üçün Argentinaya keçmek yer alır. Maraq doğurucu yerlərdən biri də şəhrə yaxın kordinatdakı termal hovuzlardır.
Saltholm
Saltholm (Şablon:IPA-da ; Duz Adası) Danimarka və İsveçi ayıran Öresund boğazında yerləşən Danimarkaya məxsus adasıdır. O, Danimarkanın Tårnby bələdiyyəsindəki Amager adasının şərqində yerləşir və Danimarka ilə İsveç arasındakı dəniz sərhədinin qərb hissəsini təşkil edir Uzunluğu 7 km, eni 3 km olan və 16 km 2 sahəsi olan bu ada Danimarkanın 21-ci ən böyük adasıdır. Saltholm reylef cəhətdən çox düzdür. Onun ən yüksək nöqtəsi yalnız 2 m (6 ft) dəniz səviyyəsindən yüksəkdədir. Davamlı şərq küləkləri zamanı Baltik dənizində meydana gələn dalğalar onu daşqınlara qarşı çox həssas edir. Bu ada geoloji cəhətdən nisbətən yeni quru kütləsi hesab edilir. Ada təxminən 4000 il əvvəl buzlaqdan sonrakı rebound nəticəsində dənizdən qalxıb və geniş dayaz su sahəsi ilə əhatə olunub. Bura (2 m dərinlikdə və bəzi hissələrdə daha dayaz) 28 km² (11 sq mi) sahəni əhatə edir . Adanın cənub ucunda son buz dövründən qalma bir sıra adacıklar, çıxıntılar və qaya yataqları görünür. Bu adanın cənubda qonşu ada olan və Saltholmun adını tamamlamaq üçün ona əks adlandırılan süni Peberholm adası (Bibər adacığı) yerləşir.
Saltuknamə
Saltuknamə — XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayət İslam dininin qəbulundan sonra, Türk ədəbiyyatında öz mövzusunu din və din uğrunda aparılan qəzalardan almış bir çox əsərlər vardır ki, bunların arasında İslami Türk Dastanları daha geniş yayılmışdır. Türk xalqlarının bir çox qəhrəmanlıq dastanları olmuşdur ki, bunlar İslamın qəbulundan sonra böyük dəyişikliyə uğramış, bu dastanlardakı bəzi ünsürlər İslami bir rəngə bürünərək təkrar edilmişdir. Türklərin ən qədim və cəsur qəhrəmanı olmuş Oğuz Xaqan, İslamdan sonra da unudulmamış, o bir "vəli" kimi tanınmış və Türklər arasında dinini yayan qəhrəmanların ən qabaqcılı olmuşdur. Bu dastanlardan biri də, XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayətlərdir. Dillər əzbəri olmuş, ağızdan-ağıza keçərək yayılmış bu rəvayətlər XV əsrdə qələmə alınmış "SALTUKNAMƏ"dastanında öz əksini tapmışdır. Sarı Saltuk, Anadolu və Rumelinin fəth olunması əsnasında qəzalara qatılan, qəhrəmanlıqları, vilayətləri, kəramətləri ilə hələ sağlığında ikən əfsanəvi bir şəxsiyyət halına gələn müstəsna bir Türk qəhrəmanıdır. Onun haqqında yaranmış rəvayətlərə, digər qazi və vəlilərin rəvayətləri qarışdığına görə, Sarı Saltukun həqiqi həyatı haqqında düzgün məlumat əldə etmək çox çətinləşmişdir. Bu rəvayətlərdə onun real həyatı ilə əfsanəvi həyatı qarışmışdır. Sarı Saltukun dastani şəxsiyyəti ilə əlaqədar məlumatlara müxtəlif rəvayətlərdə və vilayətnamələrdə rast gəlinsə də, bu mövzuda ən mühüm mənbə, heç şübhəsiz "Saltuknamə" dastanıdır. 1473–1480-ci illərdə Uzun Həsənlə müharibəyə qoşulan Sultan Fatih Mehmed oğlu şahzadə Cem Sultanı bir vali olaraq Ədirnəyə göndərir.
“Saltuknamə”

Digər lüğətlərdə