SAV

(Zəngilan)
dəryaz, oraq, dəhrə və s. itiləmək üçün polad alət. – Orax kəsmiyəndə savnan ağzın sürütürüx, so:ra yaxşı kəsir
SAULAMAX
SAVA
OBASTAN VİKİ
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança).Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir."Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur."Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur.
Abbasabad-Kürdi (Savə)
Abbasabad-Kürdi — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin ətrafında, Savə şəhərindən 42 km cənubdadır.
Abbasabad-Narbağı (Savə)
Abbasabad-Narbağı — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Ətraf bölgəsində, Savə şəhərindən 24 km cənubdadır.
Abbasabad-Zərqami (Savə)
Abbasabad-Zərqami — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Mərkəzi bölgəsinin Fərqan kəndistanında, Savə şəhərindən 15 km cənubdadır.
Abbasabad-Əlvir (Savə)
Abbasabad-Əlvir — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsində, Savə şəhərindən 6 km şərqdədir.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Afrika savana fili
Afrika savanna fili
Afrika savana fili (lat. Loxodonta africana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin afrika fili cinsinə aid heyvan növü.
Aleksandra Savior
Aleksandra Savior MakDermot (14 iyun 1995) — amerikalı müğənni, bəstəkar. İlk albomu Belladonna of Sadness 7 aprel 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb. Saviorun ikinci studiya albomu The Archer 10 yanvar 2020-ci ildə işıq üzü görmüşdür. == Həyatı == Savior 14 iyun 1995-ci ildə Oreqon ştatının Portlend şəhərində anadan olub. O, anasının bətnində olarkən anasına uşaqlıq yolu xərçəngi diaqnozu qoyulub, xoşbəxtlikdən anası xəstəlikdən sağalıb. Bu hadisəyə görə atası onun orta adını Xilaskar mənasına gələn Savior adını qoyub.O, ilk dəfə 14 yaşında mahnı yazmaqla maraqlanmağa başladı, həmçinin musiqiçi olan böyük qardaşından ilham aldı. Həmyaşıdlarının zorbalığı ilə üzləşdiyi üçün orta məktəbi dəyişməli oldu.Savior 2012-ci ilin sentyabrında 17 yaşında olarkən Kortni Lavın "Big Jet Plane" mahnısı üçün oxuduğu kover ifası ilə YouTube sosial şəbəkəsində məşhurlaşdı. İzləyiciləri onun gələcəyinin parlaq olduğunu düşünürdülər. 2013-cü ilin aprel ayında Erin Fetherston üçün bir az modellik etdi və ilk albomunun tezliklə çıxacağına ümid etdiyini bildirdi. Orta məktəbi 2013-cü ilin iyun ayında bitirdi.
Aleksey Savrasov
Aleksey Savrasov (rus. Саврасов, Алексей Кондратьевич; 12 (24) may 1830, Moskva – 26 sentyabr (8 oktyabr) 1897, Moskva) — Rus mənzərə rəssamı. Aleksey Savrasov lirik mənzərə janrının yaradıcılarından hesab olunur.
Alesia savaşı
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb. Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir.Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi. == Savaşdan əvvəlki vəziyyət == Roma ənənələrinə görə 2 illik konsulluq müddətini tamamlayan şəxslər Roma vilayətlrində 1 il müddətinə prokonsulluq etmək hüququ qazanırdılar.
Alça-i Savalan
Alça-i Savalan (fars. الوچه سبلان‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Aminata Savadoqo
Aminata Savadoqo (latış. Aminata Savadogo‎; d. 9 yanvar 1993, Riqa, Latviya) və ya sadəcə Aminata — Latviya müğənnisi, bəstəkarı, prodüseri və modeli. O, Latviyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 6-cı yeri qazandırmışdır. == Həyatı == Aminata Savadoqo 9 yanvar 1993-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur. Onun anası yarı latış, yarı rus, atası isə Burkina-Fasoludur. Aminata 13 yaşında oxumağa başlamışdır. O, Latviyada Bolderaja musiqi və incəsənət məktəbini bitirmişdir. Aminata erkən yaşlarında fleytada ifa etməyi də öyrənmişdir. 15 yaşında ikən gənc ifaçı Latviyanın Krodziņā pie Paula televiziya şousunda iştirak etmişdir.
Anjelika Savrayuk
Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Elisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa Blançi və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Antonio Enriquez Saviqnak
Antonio Enriquez Saviqnak — 1990–1996-ci illərdə Ümumdünya Turizm Təşkilatının baş katibi.
Arazbar savaşı
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ay savaşçısı
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Aşıq Savad
Aşıq Savad – azərbaycanlı şair və aşiq. == Həyatı == Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur. Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 160–161). 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında da qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh.