SENTINEL

n növbətçi, qarovul; to place / to station a ~ növbətçi qoymaq

SENTIMENTALITY
SENTRY
OBASTAN VİKİ
Sentinel dağları
Sentinel dağları — Antarktidada yerləşən Minnesota buzlağının şimal hissəsində yerləşən və Elsuort dağlarının şimal hissəsini əmələ gətirən vacib bir dağ silsiləsidir.
Sentinel dili
Sentinel dili — Hindistanın Andaman və Nikobar adalarında olan Şimali Sentinel adasında Sentinellərin qeyri-müəyyənləşdirilmiş dilinə müvəqqəti olaraq verilən bir ad.Sentinel xalqı ilə dünyanın qalan hissəsi arasında əlaqənin olmaması səbəbindən onların dili haqqında çox az məlumat var.
Cənubi Sentinel adası
Cənubi Sentinel adası (ing. South Sentinel Island) — Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Ada 1600 m uzunluğa, 160 ha əraziyə sahibdir. Ada Kiçik Andamanan 26,5 km şimal-qərbdə, Şimali Sentinel adasından isə 59,6 km cənubda yerləşir. Bir mərcan adası olması ehtimal edilir. XIX əsrə aid olan məlumatda, polkovnik Alkok yazır: Adada yaşayış yoxdur. Mayak istisna olmaqla tikili yoxdur. == İdarəetmə == Siyasi cəhətdən Cənubi Sentinel Adası Kiçik Andaman Talukun bir hissəsidir. 2018-ci ildə Hindistan hökuməti turizmi inkişaf etdirmək məqsədilə 29 adanı, o cümlədən Cənubi Sentineli 31 dekabr 2022-ci ilə qədər Məhdud Ərazi İcazəsi (REP) rejimindən çıxardı.
Şimali Sentinel adası
Şimali Sentinel adası— Andaman adalarından biridir, bu adalara, Benqal körfəzində yerləşən Cənubi Sentinel adası da daxildir. Bu ada, şiddətli bir şəkildə dünya ilə əlaqəni rədd edən, dünyada müasir sivilizasiyaya yad olan son insanlar: Sentinel yerlilərinin evidir. Buna görə də, onlar haqqında çox az məlumat məlumdur. Formal olaraq, bu ada, Cənubi Andaman inzibati rayonuna, Andaman və Nikobar adalarının Hind birliyi ərazisinə daxildir. Əslində, Hindistan orqanları, yerlilərin tək başına buraxılma istəyini qəbul edib, ora Sentinelli olmayanların gediş-gəlişini qadağan edib. Beləliklə, adanın Hindistan qorumasında suveren bir ərazi kimi fikirləşmək olar. Şimali Sentinel, Cənubi Andaman adasında Wandoor qəsəbəsinin 36 km (22 mil) qərbində, Port Blairin 50 km (31 mil) qərbində və Cənubi Sentinel adasının 59.6 kilometr şimal tərəfində yerləşir. Bu sahə təxminən 59.67 km2 (23.04 kv. M) və qaba bir kvadrat kimi görünür. Şimali Sentinel mərcan qayalıqları ilə əhatə olunmuşdur və təbii limanlardan məhrumudur.
Lockheed Martin RQ-170 Sentinel
Lockheed Martin RQ-170 Sentinel, Lockheed Martin şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli və Amerika Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan PUA. 5 dekabr 2011-ci ildə İran üzərində kəşfiyyat aparmağa çalışan zaman bir ədədi İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən xüsusi üsul ilə ələ keçirilmiş və sonralar İran tərəfi bu texnikanın xüsusiyyətləri əsasında Shahed 171 Simorgh adı verdiyi kopyasını istehsal etmişdir.
Sentinellər
Sentinellər — Andaman adalarında yaşayan yerli xalqdır. Benqal körfəzində yeeləşən Şimali Sentinel adasında yaşayırlar. Ada Böyük Andaman adalarınn cənun-qərbində yerləşir. Sivilizasiya ilə əlaqə qurmurlar. Onların bu vəziyyətdə yaşamaları ehtimal ki, 60,000 il davam edir. Onlar hələdə odu əldə edə bilmirlər. Sadəcə odu uzun zaman saxsı qablarda saxlaya bilirlər. Sentinellərin ümumi sayları 40-500 arasında qiymətləndirilir. 2001-ci ildə aparılan siyahıya alınma nəticəsində 39 Sentinel qeydə alınmışdır: 21 nəfəri kişi, 18 nəfəri qadın (say uzaqdan müşahidə edilmə nəticəsində müəyyənləşmişdir). Bu böyük ehtimal ki, reallığı əks etdirmir.