SOUND-SHIFTING

n dilç. səsdəyişmə

SOUND-PROOF
SOUNDLY
OBASTAN VİKİ
Sound Cloud
SoundCloud (azərb. səs buludu‎) — rəqəmsallaşdırılmış səsli informasiyanın yayımı üçün nəzərdə tutulmuş online-platforma və saytdır. Bu layihə bir növ sosial şəbəkə xarakteri daşıyır və eyni adlı şirkət tərəfindən 2008-ci ildə istifadəyə verilmişdir. == Tarixi == Əsası səs rejissoru Aleks Lyunq və musiqiçi Erik Valfors tərəfindən 2007-ci ildə qoyulan SoundCloud layihəsi qısa zaman ərzində populyarlıq qazandı. SoundCloud-a həm adi istifadəçilər, həm də musiqiçilər böyük maraq göstərməyə başladılar. Nəticədə geniş əhatə dairəsinə malik olan bu online-platforma müxtəlif səsli informasiyanın paylaşılması üçün ideal bir vasitə oldu. SoundCloud əvvəllər sadəcə musiqiçilərin öz aralarında musiqi treklərini paylaşmaları üçün nəzərdə tutulmuşdu, lakin qısa zaman kəsiyində bütün istifadəçilərə açıq musiqi distribusiya kanalına çevrildi. 2009-cu ilin aprelində Doufti Hanson & Ko fondu bu layihəyə 2,5 mln avro həcmində vençur maliyyəsi ayırdı. Daha da inkişaf edən SoundCloud-un 2010-cu ilin may ayı üçün abunəçilərinin sayı artıq 1 milyon nəfər idi. 2011-ci ilin yanvarında isə Union Square Ventures və Index Ventures bu layihə üçün 10 mln ABŞ dolları ayırdı.
Sound of Silence
Sound of Silence (azərb. Sakitliyin səsi‎) — Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Dami İm "Sound of Silence" mahnısı ilə Avstraliyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Entoni Egizii və Devid Musumeci tərəfindən bəstələnmişdir.
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.