soyqırım

Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə

soyğunçuluq
soyuq atıcı silah
OBASTAN VİKİ
Mədəni soyqırım
Mədəni soyqırım və ya etnosid — vəkil Rafael Lamkinin 1944-cü ildə müəyyən etdiyi soyqırımın komponenti olan konsept. Termin hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına deyilir.
Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Holokost və Soyqırım İnstitutu
Holokost və Soyqırım İnstitutu — bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr olunmuş institut. 1979-cu ildə psixoloq İzrail Çarni, Şamayi Devidson, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel tərəfindən təsis edilmişdir. İnstitut 1982-ci ildə, İsrailin Təl-Əviv şəhərində Holokost və Soyqırım haqqında Beynəlxalq Konfransı keçirmişdir. Bu, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans idi və burada 300-dən çox mühazirənin keçirilməsi planlaşdırılmışdır. Buradakı bəzi mühazirələr erməni soyqırımı mövzusunda olmuşdur.
Soyqırım
Soyqırımı və ya genosid (yun. γένος — nəsil и lat. caedo — öldürürəm sözlərindən) – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi; kütləvi şiddət forması. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur. SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Hansı tarixi hadisələrin soyqırım, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir.
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. == Hazırlanması == 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.
Xilaskar (soyqırım)
Xilaskar — soyqırım zamanı soyqırım qurbanlarının sağ qalmasına kömək etməyə çalışan şəxs. Bir çox hallarda, bu, altruizm və/yaxud humanitarianizmdən irəli gəlir. Bu fenomenin ən yaxşı tədqiq edilmiş nümunəsi Holokost zamanı yəhudilərin xilas edilməsidir.
Banqladeşdə soyqırım (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Cənubi Azərbaycanda soyqırım
Cənubi Azərbaycanda soyqırım (1917–1918) — erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım. == Hadisələrin başlanması == Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. == Erməni-aysor dəstələrinin məğlub edilməsi == Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.
Azərbaycana qarşı soyqırım gerçəklikləri
Azərbaycana qarşı soyqırım gerçəklikləri (kitab)
Herero və Namaka soyqırımı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Hindi soyqırımları
Hindi soyqırımları (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide, Native American Genocide, Genocide of Native Americans, American Indian Holocaust, American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır. Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar. 8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir. Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir: == Su çiçəyi soyqırımı == Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Kamboca soyqırımı
Kamboca soyqırımı — qırmızı kxmerlər tərəfindən 1975-1979-cu illərdə Kambocada törədilən soyqırımı.
Liviya Soyqırımı
Liviya soyqırımı və ya II İtalyan-Sənusi müharibəsi — 1923–1932-ci illərdə Liviyada İtalyan rəhbərliyi altında olan İtaliyanın hərbi birləşmələri ilə yerli Senusi üsyançıları arasında, üsyançı lider Ömər Muxtarın tutulmasına və öldürülməsinə qədər davam edən uzun qarşıdurmalı bir dövrdür. İtaliyanın Liviyanı idarə etmək cəhdləri sırasında, Sirenayka (Arapça:برقه — Barka) xalqı böyük bir qətliama məruz qaldı. İşğal zamanı Sireneykanın 225.000 əhalisinin dörddə bir hissəsi məhv oldu. Atışmalar zamanı İtaliya; kimyəvi silahdan istifadə, təslim olan müharibə əsirlərini öldürmə, dinc əhalinin öldürülməsi kimi ağır cinayətlərə imza atdı. İtaliyalı səlahiyyətlilər, 100.000 qədər Sireneyka bədəvisini zorla yerlərindın çıxarmış, etnik ttəmizləmə həyata keçirmişdilər. Çünki Bədəvilərin torpaqları İtalyan dövlət tərəfindən italiyalı köçkünlərə vədd edilmişdir. 2008-ci ildə İtalyan müstəmləkə idarəsinin yaratdığı zərərin əvəzlənməsi üçün İtaliya ilə Liviya arasında bir müqavilə imzalanıb. Liviya lideri Muammer Qəddafinin imzaladığı mərasiminə, Ömər Muxtarın İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu zaman , onun zəncirlənmiş halda çəkilmiş şəklindəki geyimini bənzərini geyinərək qatılmışdı. İtaliya Baş naziri Silvio Berluskoninin imzaladığı mərasimində; "Bu tarixi sənəd ilə İtaliya, müstəmləkə dövründə Liviya xalqına edilən qırğınlar və təzyiqlər üçün üzr istəməkdədir. İtaliya, müstəmləkə dövründə Liviyaya verdiyi zərərin ağırlığını anlayır " deyərək Liviya xalqından üzr istədi.
Lənkəran qəzasında soyqırımlar (1917-1919)
== Lənkəran qəzasında soyqırımlara dair mənbələr == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir. == Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar == Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)
Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir. Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur. Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli bir mənbədir. Kitabdakı faktlar hadisəni görən insanların, digər millətlərə mənsub vətəndaşların dilindən söylənilən faktlara əsasən sənədləşdirilmişdir. == Kitabın təqdimatı haqqında == Kitabın təqdimatı 2009-cu il aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında keçirilmişdir.
Mart soyqırımı
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Mart soyqırımı zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. == Abidələrin siyahısı == Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Muratağa, Sandallar və Atlılar soyqırımı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi. Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi.
Müsəlman-türk soyqırımı
Müsəlman Soyqırımı
Naxçıvan soyqırımları
Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları == Tarixi arayış == Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır. Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə baxmayaraq tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.
Pont Yunan soyqırımı
Pont soyqırımı və ya Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) — 1914–1923-cü illərdə Osmanlı imperiyası ərazisində "Gənc türklər" hökuməti tərəfindən həyata keçirilən və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən davam etdirilən tarixi Pont vilayətinin yunan əhalisinin qəsdən fiziki olaraq məhv edilməsi. Pont yunanlarının soyqırımı Anadolu yunanlarının daha geniş soyqırımının bir hissəsidir, lakin Pont vilayətinin coğrafi baxımdan təcrid olmasına, həmçinin bir sıra geosiyasi və tarixi xüsusiyyətlərinə görə ayrıca nəzərdən keçirilir.
Qarabağ bölgəsində soyqırımlar (1918-1920)
== Soyqırımı təsdiq edən arxiv sənədləri == Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin (bundan sonra: ARPİİİSSA) və Azərbaycan Respublikasının Dövlət Arxivinin (bundan sonra: ARDA) fondlarında bu barədə kifayət qədər sənədlər qorunub saxlanılır. Xüsusilə də ARPİİİSSA-nın 268, 276 və 277-ci fondlarını, ARDA-nın isə 100, 894, 897, 970, 1061-ci fondlarını qeyd edə bilərik. == Qarabağda soyqırım və nəticələri == Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı olan Qarabağın türk-müsəlman əhalisi idi. 1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı. 1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: "Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur.
Qarabağ bölgəsində soyqırımlar (1918-1920).
== Soyqırımı təsdiq edən arxiv sənədləri == Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin (bundan sonra: ARPİİİSSA) və Azərbaycan Respublikasının Dövlət Arxivinin (bundan sonra: ARDA) fondlarında bu barədə kifayət qədər sənədlər qorunub saxlanılır. Xüsusilə də ARPİİİSSA-nın 268, 276 və 277-ci fondlarını, ARDA-nın isə 100, 894, 897, 970, 1061-ci fondlarını qeyd edə bilərik. == Qarabağda soyqırım və nəticələri == Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı olan Qarabağın türk-müsəlman əhalisi idi. 1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı. 1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: "Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur.
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. == Baş vermiş hadisələr == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar (1917-1920)
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. == Baş vermiş hadisələr == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qaradağlı soyqırımı
Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi-Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi.. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı. Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66–90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. AzərTacın verdiyi məlumata görə, ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər — kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Qaradağlı soyqırımı qurbanlarının siyahısı
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. == Soyqırımın tərifi == Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. === Soyqırımın subyektiv tərəfi === Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...

Digər lüğətlərdə